Post has shared content

Post has attachment
Photo

Post has attachment
...Христос умер за грехи наши, по Писанию, и что Он погребен был, 
и что воскрес в третий день, по Писанию, и что явился Кифе, 
потом двенадцати; (1Кор.15:3-5).
Верою, Он воскресший является и нам! 
С праздником Христова Воскресения
Христос Воскрес! Воистину Воскрес!
Photo

Post has attachment

Dərs 2 4-10 aprel VƏFTİZ VƏ İMTAHAN     Şənbə Araşdırmaq üçün Müqəddəs Kitab ayələri: Lk. 3:1-14; Rom. 6:1-6; Lk. 3:21, 22; Lk. 4:5-8; Yeş. 14:13, 14; Lk. 4:9-13.   Yadda saxlanacaq ayə: “Müqəddəs Ruh cismani şəkildə göyərçin kimi Onun üzərinə endi. Göydən bir səda gəldi: Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam” (Lk. 3:22).     Keçən həftə də gördüyümüz kimi, Luka tarixdəki mötəbər insanların adlarını sadalayır.  Güman edirik ki, bununla o, İsa və Yəhya haqqındakı hekayəsinin də dünyanın bu güclü şəxsiyyətləri haqqındakı hekayələr qədər gerçək və tarixi olduğunu göstərmək istəyir.  Lakin hakimiyyətə sahib olan bu adamları xatırlatmanın daha bir vacib səbəbi var. Bu səbəb, həmin insanlara qarşısına səhradakı təvazökar insanı, Allahın seçilmiş elçisi Vəftizçi Yəhyanı qoymaqdır, o, bəşəriyyət tarixinin daha vacib hadisəsi – dünyanın Xilaskarı İsanın gəlişi üçün “yol hazırlamalı” idi. Maraqlıdır ki, Allah Məsihin carçısı olaraq “bu dünyanın böyük adamlarından” birini deyil, “aşağı” mövqeni tutanlardan birini seçmişdi.  Bu tarixi məlumatları birlikdə nəzərdən keçirən tədqiqatçılar Vəftizçi Yəhyanın və İsanın xidmətinin başlanğıc tarixini verirlər, bizim eranın 27 və 28-ci ilə yaxın bir tarix. Roma imperiyasının məhz bu tarixi çərçivəsində İsa vəftiz olundu və Göylərdən təminat aldı ki, O – Allahın “sevimli Oğludur” (Lk. 3:22). Luka bu faktı ən başlanğıcda, hələ İsa Məsihin missiyasını və xidmətini öz oxuyucularına “ardıcıllıqla yazmazdan” əvvəl qeyd edir.    Bazar 5 aprel Rəbbin yolunu hazırlayın   Lukanın müjdəsinin 3-cü fəslində Yəhya unikal bir rolla, xilas tarixində çox vacib bir rolla meydana çıxır. Yəhyanın vəzi haqqında çox şey söyləmək olar, lakin bir şey aydındır – o, camaatın xoşuna gəlsin deyə öz sözlərinə bəzəkli don geydirmirdi. Lk. 3:1-14-ü oxuyun. Onun sözlərində sadəcə bilavasitə dinləyiciləri üçün deyil, bizim hamımız üçün də vacib həqiqətlər vardır. Yəhyanın burada dediklərindən özünüz üçün hansı vacib həqiqətləri götürə bilərsiniz?
 Tövbə - nəzəri bir anlayış deyil, bu, bir həyat tərzidir. Yunanca orijinalda tövbə “metanoyya” sözü ilə ifadə olunmuşdur  ki, bunun da mənası düşüncənin dəyişməsidir, bu isə yeni həyatla nəticələnir. “Vəftiz etmək” suya batırmaq və ya tamamilə gömməkdir. Suya gömülmənin dərin mənası var. Yəhyanın dövründən əvvəl də yəhudilər suya gömülməklə baş verən vəftizə böyük əhəmiyyət verirdilər. Bu, bütpərəst əqidəsindən olanlar yəhudi əqidəsinə qoşulmaq istədikləri zaman həyata keçirilən ənənəvi bir ayin idi. Yəhudilərə vəftiz olmağı təklif edərkən Vəftizçi Yəhya yeni bir prinsipin əsasını qoydu: vəftiz – özünün köhnə günahlı yollarından hər kəsin önündə imtina etmək və özünü Məsihin gəlişinə hazırlamaq imkanıdır. Beləliklə, günahdan imtina etmək və tezliklə məsh olunacaq Məsihin Padşahlığının vətəndaşı kimi yeni həyat tərzinə həsr olunmaq üçün, Vəftizçi Yəhya bu simvolik addımı təyin etdi. Bundan dərhal sonra isə Yəhya əlavə etdi ki, o, sadəcə su ilə vəftiz edir, lakin ondan sonra gələcək Olan “sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək” (Lk. 3:16). Beləliklə, bizə çox vacib bir həqiqət təqdim olunmuşdur: suya gömülməklə həyata keçirilən vəftiz – daxili dəyişikliyin simvoludur ki, sonda Müqəddəs Ruhla vəftizlə möhürlənəcəkdir.    Rom. 6:1-6-nı oxuyun. Həvari Paul vəftizdən hansı ruhani dərsləri çıxarır? Onun suya gömülmək və sudan çıxmaqla, günah üçün ölüb Allaha həsr olunmuş həyat üçün dirilmək arasında necə bir müqayisə apardığına diqqət yetirin. Məsihdə bu yeni həyat sizin məsihçi təcrübənizdə necə təzahür edib? Onun hansı tərəfləri hələ də “suyun altında” qalmaqdadır?  

Cümə axşamı
2 aprel
Xilaskarın gəlişinin şahidləri

Luka ilk növbədə bütpərəstlərə yazsa da, Əhdi – Ətiq vasitəsilə təcəssüm edən yəhudi mirasının əhəmiyyəti haqqında məlumatı var idi. O, Əhdi – Cədidin müjdəsini Əhdi – Ətiqinki ilə əlaqələndirməyin qayğısına qalır və körpə İsanın doğuluşunun səkkizinci günündə yəhudi qanununa müvafiq olaraq sünnət olunmaq üçün Məryəm və Yusif tərəfindən Yerusəlim məbədinə gətirilməsi səhnəsini çox gözəl təsvir edir (Lk. 2:22-24). 
Lk. 2:25-32-ni oxuyun. Şimeonun irəli sürdüyü xilas əqidəsinin üç müddəasına diqqət yetirin: xilas İsa vasitəsilədir; xilası Allah hazırlayıb; xilas bütün millətlər üçün nəzərdə tutulub – həm bütpərəslər, həm də israillilər üçün. Bu həqiqətlərin Vəh. 14:6-da birinci mələyin müjdəsi ilə necə bir əlaqəsi var? 

Şimeonun peyğəmbərliyi həm də İsanın xidmətinin iki başlıca xüsusiyyəti haqqında öncədən xəbər verdi. 
Birincisi, “Bu Körpə İsraildə bir çox adamın yıxılmasının ya ucalmasının səbəbkarı olmaq üçün təyin olunub” (Lk. 2:34). Bəli, Məsih bütün insanlara işıq və xilas gətirdi, lakin bu işığı və xilası olanlar da müəyyən əvəz ödəməlidirlər. Məsihə münasibətdə neytrallıq saxlamaq qeyri – mümkündür: siz ya Onu qəbul edirsiniz, ya da rədd edirsiniz, sizin xilasınız isə etdiyiniz seçimdən asılıdır. Məsih mütləqlik tələb edir: ya biz Onda qalırıq, ya da yox. Onda qalanlar diriləcəklər və Onun Padşahlığında yaşayacaqlar; lakin Onu rədd edənlər və ya Ona laqeyd qalanlar yıxılırlar və ümidsiz bir vəziyyətdə məhv olurlar. Məsihə iman müzakirə olunmazdır. 
İkincisi, Şimeon Məryəmə peyğəmbərlik edir ki, onun özünün də “köksünə sanki qılınc saplanacaq” (Lk. 2:35). Şübhəsiz, bu, Məryəmin də şahidlik edəcəyi Çarmıxa işarə idi. Məryəm və ondan sonra gələn bütün nəsillər yadda saxlamalıdırlar ki, Çarmıxsız xilas yoxdur. Çarmıx mərkəzdə dayanır və bütün xilas planı onun ətrafında dönür. 
Xilas – o mənada ənamdır ki, biz onu qazanmaq üçün heç bir şey edə bilmərik. Bununla belə, o, onu qəbul edənlərə çox baha başa gələ bilər. Məsihin ardınca getmək sizin üçün nəyin bahasına başa gəlib və nə üçün ödədiyiniz bu qiymət ölçüsündən asılı olmayaraq yenə də çox azdır? 

Bazar ertəsi
30 mart
“Sən də onun adını Yəhya qoy”

İsrailin Malaki peyğəmbərdən sonra keçirdiyi təxminən 400 illik tarix Allahın susqunluğu ilə səciyyələnir. Vəftizçi Yəhyanın və İsanın doğuluşu haqqında xəbərlər o demək idi ki, Allah çox tezliklə sukunəti pozacaqdır. 
Yəhyanın və İsanın doğuluş tarixçələrində bənzərliklər var. Hər iki doğum möcüzəvi şəkildə baş vermişdir: Yəhyanın anası Elizavet uşaq dünyaya gətirə bilmək yaşını çoxdan keçmişdi; İsanın tarixçəsində isə bakirə qız övlad dünyaya gətirməli idi. Hər iki doğuluş haqqındakı vədi Mələk Cəbrayıl səsləndirmişdi. Hər iki xəbər təəccüb, sevinc və Allahın iradəsinə itaətlə qarşılanmışdı. Hər iki körpə Müqəddəs Ruhda böyüməli və möhkəmlənməli idilər (Lk. 1:80; 2:40). 
Lakin bu iki şəxsiyyətin missiyası və xidməti xüsusi idi və bir – birindən fərqlənirdi. Yəhya İsaya yol hazırlamalı idi (Lk. 1:13-17). İsa “Allahın Oğlu” idi (ayə 35) və Məsih haqqında peyğəmbərliyin icrası idi (ayə 31-33). 
Lk. 1:5-22-ni oxuyun. Zəkəriyyənın Rəbbin bütün əmr və qaydalarına nöqsansız əməl etdiyi deyilsə də, onun mələyin vədinə inamsızlığı məzəmmətə səbəb oldu. İsaya iman edən bir insan üçün “nöqsansız” sözünün mahiyyətini başa düşməyimizə bu necə kömək edir?

 “Zəkəriyyənın oğlunun doğuluşu da, İbrahimin oğlunun və Məryəmin Oğlunun doğuluşu kimi, böyük ruhani həqiqəti açmalı idi – o həqiqəti ki, biz gec mənimsəyirik və tez unuduruq. Biz öz – özlüyümüzdə yaxşı heç bir şey edə bilmərik, lakin bizim iqtidarımız çatmayan şeylər hər bir itaətkar və imanlı qəlbdə Rəbbin qüvvəsi ilə yaradılacaq. Vəd olunmuş övlad məhz imana görə verildi. Ruhani həyat məhz imana görə yaranır və biz saleh əməllər etməyə qadir oluruq” (Y. Uayt. Əsrlərin arzusu, səh 98).   
Yəhyanın möcüzəvi şəkildə dünyaya gəlməsi Allahın Öz xalqı ilə münasibətlərində vacib həlledici məqsəd daşıyırdı. İsrail tarixində heç bir peyğəmbərliyin verilmədiyi 400 illik müddətdən sonra Yəhya bu tarix səhnəsində xüsusi bir müjdə və qəti səlahiyyətlə peyda oldu. Yəhyanın missiyası və müjdəsi ondan ibarət idi ki, “Rəbbə hazırlanmış xalqı yetişdirsin” (Lk. 1:17). O, Məsihin müjdəçisi olmalı, İsanın xidməti üçün yol hazırlamalı idi.  

Dərs 1
28 mart – 3 aprel
İsanın gəlişi

Şənbə
Araşdırmaq üçün Müqəddəs Kitab ayələri: Lk. 1:2, 3; 2 Tim. 3:16; Lk. 1:5-22; Qan. Tək. 18:15; Lk. 2:9-12, 25-32. 

Yadda saxlanacaq ayə: “Çünki Allah üçün mümkün olmayan şey yoxdur” (Lk. 1:37). 

Lukanın müjdəsi ilk növbədə bütpərəstlər üçün yazılmışdır. Luka özü də keçmiş bütpərəst idi (Kol. 4:10-14-ün konteksti bunu nəzərdə tutur), eləcə də Müjdənin ünvanlandığı Teofil bütpərəst olmuşdu. 
Luka həkim olmaqla bərabər, hər şeyin ən xırda təfsilatına varmağı xoşlayan bir tarixçi idi. Müjdəsinin başlanğıcında Luka İsa haqqında həmin dövrün real tarixi kontekstində danışır: Hirod Yəhudeyanın padşahı idi (Lk. 1:5), Avqust Roma imperiyasına hökmranlıq edirdi (Lk. 2:1), kahin Zəkəriyyə isə öz növbəsinə müvafiq olaraq Yerusəlim məbədində xidmət edirdi (Lk. 1:5, 9). 3-cü fəsildə Luka İsanın müjdəçisi Vəftizçi Yəhyanın xidmət etdiyi vaxtla bağlı altı tarixi qeyd edir. 
Beləliklə, Luka İsa haqqında hekayəsini tarixə daxil edir, real insanları, real vaxtları qeyd edir ki, oxucu onun yazdıqlarının doğruluğuna heç bir şübhə etməsin. Oxucular İsanın real olduğunu və Allahın “Xilaskar olan Rəbb İsa Məsih” (Lk. 2:11) vasitəsilə yer üzü tarixinə müdaxilə etdiyini dərk edərək, vəcdə gəlməli və təəccüblənməlidirlər.   

Bazar
29 mart
“Ardıcıllıqla yazmaq...” (Lk. 1:1-3, Həv. iş. 1:1-3)

Həv. iş 1:1-də deyilir ki, “Həvarilərin işləri” kitabını yazmazdan əvvəl müəllif “birinci kitabını” yazır. Bu, eləcə də hər iki kitabın Teofilə ünvanlanması belə bir nəticəyə gəlməyimizə kömək edir ki,onların ikisini də eyni bir müəllif yazmışdır. Hər iki kitaba “Məsihçi imanlılar cəmiyyətinin yaranması və tarixi” əsərinin birinci və ikinci hissəsi kimi baxmaq olar. 1-ci hissə - İsanın həyatı və xidməti haqqında hekayədir (Lukanın Nəql Etdiyi Müjdə), 2-ci hissə isə (Həvarilərin İşləri) – ilkin İmanlılar cəmiyyəti və xoş xəbərin yayılması haqqında hekayədir. 
Müjdə necə yazılmışdır? Lk. 1:2, 3 və 2 Tim. 3:16-nı oxuyun.

Luka Yerusəlim şəhərini və onun ətrafını sarsıdan hadisələr – İsa Məsihlə bağlı hadisələr haqqında yazan çox adamı tanıyırdı. Onun ədəbi əsərləri üçün məlumat mənbəyi “Kəlamı öz gözləri ilə görənlər və Ona xidmət edənlər” (Lk. 1:2)idi – İsanın şagirdlərinə digər müasirlərinə dəqiq istinad olunur. Luka özü bu şahidləri və xidmətçiləri tanıyırdı (məsələn, Paulu və digər həvariləri) və ola bilsin ki, Markın və Mattann yazdığı Müjdələri oxumuşdu. Görünür, Luka özü İsanın həyatının şahidi olmamışdı, lakin Məsihin etibara layiq görülmüş həqiqi ardıcılı idi. 
Matta yəhudi auditoriyası üçün yazırdı, İsanı peyğəmbərliyin icrası olaraq gəlmiş Böyük Müəllim və Yəhudilərin Padşahı kimi təqdim edirdi. O, tez – tez Məsihdə həyata keçmiş Əhdi – Ətiq peyğəmbərliklərinə istinad edir. Mark İsanı Roma auditoriyasına fəaliyyət İnsanı kimi təqdim edirdi. Həkim və bütpərəst  olan Luka isə yunanlara və bütpərəslərə İsanı bütün insanların Xilaskarı, dünyanın Xilaskarı kimi təqdim edirdi. Luka qeyd edir ki, onun əsərinin məqsədinin iki baxışı var: “ardıcıllıqla yazmaq” (Lk. 1:3) və yeni həqiqət əsrində İsada təzahür edən böyük təlimin “doğru olduğunu” (Lk. 1:4) oxuculara çatdırmaq.  
Yazıların Allahdan ilham almış müəllifi Luka öz əsərində digər mənbələrdən də istifadə etmişdi. Bu, çox maraqlı bir faktdır. Görünür, digər mənbələrdən istifadə etməsi onun əsərinin Allahdan ilham almasına və nüfuzuna heç bir mənfi təsir göstərmir. Bu faktdan hansı dərsi götürə bilərik?  

Cümə axşamı
26 mart

O, qayğısına qalır

Sül. məs. 31:26-31-i oxuyun. Bu qadının daha hansı vacib cəhətləri var? Nə üçün bu cəhətlər kim olmağımızdan asılı olmayaraq, hamımız üçün vacibdir?

Bütün rüb boyunca artıq gördüyümüz kimi, sözlər, dediyimiz hər şey xüsusi vurğulanır. Qadın öz hikməti və xeyirxahlığı ilə tanınmışdır. Bu cəhətlər bir-birilə bağlıdır. Axı xeyirxahlığın hikmətin daha bir təzahürü olduğu fikrinə qarşı çıxa bilərikmi? Xüsusilə də hikmətin – sadəcə bildiyimiz şeylər deyil, həm də danışdığımız və etdiyimiz şeylərdən ibarət olduğunu bildiyimiz zaman bu danılmazdır. “Sədaqət təlimi” sözünə də diqqət yetirin (orijinalda “xeyirxahlıq qanunu”). Yəni xeyirxahlıq –  aradabir onun dilində səslənən ötəri bir atribut deyil. Bu, onun mövcudiyyət qanunudur, prinsipidir. Əgər “xeyirxahlıq qanunu” dilimizdən çıxan hər şeyi idarə etsəydi, dünyaya necə bir təsir vura bilərdik. 
Sül. məs. 31:30-u oxuyun. Burada tez-tez unuttuğumuz hansı həqiqət açılır?

Çox vaxt qadınları xarici görünüşünə görə qiymətləndirirlər; bu isə cüzi və səthi bir meyardır. Müqəddəs Kitab göstərir ki, bu cür münasibət çox “boş” və mənasızdır. Bu qadının həqiqi gözəlliyi onun xasiyyətində və bu xasiyyətin onun həyatında və işində əks olunmasındadır. Gözəllik həmişə keçib gedəndir, xasiyyət isə həmişəlik qalır. “İnsanlar arasında çıxarılmış böyük ad, qumda yazılmış hərflər kimidir, qüsursuz xasiyyət isə - əbədi qalar” (Y. Uayt. Allahın heyrətamiz lütfü, səh. 81). 
Həyatınızın hansı sahələrində xasiyyətinizi yaxşılaşdırmağınız zəruridir? Bu barədə dua etmək – gözəldir, bəz inkişafı görə bilmək üçün hansı konkret addımları atmaq lazımdır? 

Çərşənbə axşamı
24 mart

Xeyirxah arvad

“Xeyirxah arvad tapan kimdir? O, yaqutlardan daha qiymətlidir” (Sül. məs. 31:10).

Bəs Sül. məs. 31:10-da bəhs edilən bu xeyirxah arvad kimdir? Bir sıra əlamətlər əsasında hesab etmək olar ki, müəllif xeyirxah qadın və ya ideal arvaddan daha artıq bir şeyi nəzərdə tutur. Kitabın başqa hissələri ilə müqayisə edərək (Sül. məs. 1:20-33; 3:13-20; 4:5-9; Sül. məs. 8), belə düşünmək olar ki, “xeyirxah arvad” müdrikliyi simvolizə edir. Hikmətin qadın şəklində bu cür təsviri təkcə ibrani dilində “hikmət” sözünün, chokmah, qadın cinsində olan bir isim olması ilə deyil, ibrani müəllifin gündəlik həyatımızüçün çox sayda konkret dərslər verməsinə imkan yaratması ilə də təsdiqlənir. Hikmət hansısa yüksək və əlçatmaz ideal kimi deyil, bizim həyal yoldaşımıza çevrilə biləcək çox praktiki, xeyirxah və əməksevər qadın kimi təsvir olunur. 
Hikmət haqqında bu son təlim gözəl akrostix şəklində verilmişdir: hər bir ayə ibrani əlifbasının ardıcıllığı ilə növbəti hərflə başlayır. Bu cür şeirlərə Yeremyanın mərsiyələrində və bir çox məzmurlarda rast gəlmək olar. 
Sül. məs. 8-də hikmət haqqında yazılmış hissəni bizim “xeyirxah arvad” haqqındakı ayə ilə müqayisə edin. “Xeyirxah qadının” hansı cəhətləri Süleymanın məsəlləri kitabındakı hikməti xatırladır? 
__________________________________________________________________________
1. O, qiymətlidir, tapmağa dəyər (Sül. məs. 31:10; 8:35).
2. Onun dəyəri – yaqutdan daha qiymətlidir (Sül. məs.31:10; 8:10, 11, 18, 19).
3. O, ruzi gətirir (Sül. məs.31:14; 8:1).
4. O, güclüdür (Sül. məs. 31:17, 25; 8:14).
5. O, hikmətlidir (Sül. məs.31:26; 8:1)
6. Onu tərifləyirlər (Sül. məs. 31:28; 8:34). 
Biz informasiya əsri adlanan bir dövrdə yaşasaq da, bütün əvvəlki nəsillərdən daha çox bilik toplasaq da, bizim nəslin əvvəlki nəsillərdən daha müdrik olduğunu göstərən şox şey yoxdur. Həqiqətən də, Martin Lüter Kinq – Cuniorun dediyi kimi: “Biz raketləri yaxşı idarə edirik, insanları isə - pis”. 
1 Kor. 1:21-i oxuyun. Bu ayə nədən bəhs edir, bu fikir bizim imanla yaşamağımıza necə kömək edir? 
Wait while more posts are being loaded