Stream

Join this community to post or comment

Ilgar Cabbarov
moderator

Discussion  - 
 
Çərşənbə axşamı
21 aprel
Həvarilər tapşırıq alırlar

İsanın öz həvarilərini vəz etmək və şəfa vermək üçün necə göndərdiyini oxuyun: Lk. 9:1-6 və Mat. 10:5-15. Bu hissələrdən hansı ruhani həqiqətləri öyrənə bilərik? 

Luka həvarilərin vəz etməyə çıxışını üç mərhələli proses kimi təsvir edir:
Birincisi, İsa onları yanına çağırdı (“çağırmaq” sözündən) (Lk. 9:1). “Çağırış” və ya “dəvət” sözü (“çağırmaq” sözündən) məsihçi missiyası üçün həyati vacib əhəmiyyət kəsb edir və məsihçinin söz ehtiyatında mühüm yer tutur. İlahiyyat termininə çevrilməzdən öncə, bu söz insanın şəxsi təcrübəsinə çevrilməlidir. Həvarilər Çağıranın səsini eşitməli, Onun yanına gəlməli və “birlikdə” olmalı idilər. Çağırana itaət və bütün həyatını Ona etibar etmək birlik üçün böyük əhəmiyyət kəsb edir, bu isə missiyanın uğur qazanmasında vacib rol oynayır.      
İkincisi, İsa “onlara qüdrət və səlahiyyət verdi” (Lk. 9:1). İsa heç vaxt Öz emissarlarını əliboş yola salmır. Bizdən yalnız öz qüvvəmizə söykənərək Onu təmsil etməyi tələb etmir. Bizim savadımız, mədəniyyətimiz, statusumuz, mal – mülkümüz və intellektimiz Onun missiyasını icra etmək üçün yardım etməyə qadir deyil. Məhz Məsih qabiliyyət verir, yaraqlandırır və qüvvə verir. “Qüdrət” –  yunanca“dyunamis” sözüdür, “dinamo” (işıq mənbəyi) və “dinamit” (dağda tunel çəkməyə kömək edən enerji mənbəyi) sözləri bu sözdən əmələ gəlmişdir. İsanın verdiyi qüdrət və səlahiyyət iblisi məğlub etmək və niyyətlərini altüst etmək üçün kifayətdir. İsa – bizim qüvvəmizdir. “İnsanın iradəsi Allahın iradəsi ilə birləşəndə hər şeyə qadir olur. Onun tapşırığına əsasən edilməli olan hər bir şey Onun qüvvəsi ilə həyata keçirilə bilər. Onun tapşırığı qüvvə ilə doldurur” , Y. Uayt, “Həyat dərsləri”, səh. 333.    
Üçüncüsü, İsa “onları göndərdi ki, Allahın Padşahlığını vəz edib xəstələri sağaltsınlar” (Lk. 9:2). Vəz və şəfa birlikdə həyata keçir, şagirdlərin missiyası isə insana bütünlüklə qayğı göstərməkdir – həm onun bədəninə, həm düşüncəsinə, həm də qəlbinə. Günah və şeytan insanı bütünlüklə ələ keçirib, ona görə də insanı bütünlüklə İsanın təqdisedici qüvvəsinə təslim etmək lazımdır. 
Həqiqi şagirdlik yalnız özünü bütünlüklə Məsihə tabe etdirməklə mümkündür, bu zaman insanla Məsihin arasında heç bir şey dayanmamalıdır. Nə qızıl, nə gümüş, nə ata, nə ana, nə həyat yoldaşı, nə övlad, nə həyat, nə ölüm, nə bu günün gözlənilməz hadisələri, nə də sabahkı günün təhlükələri  Məsihlə şagirdi arasında dayanmalıdır. Əhəmiyyət kəsb edən yeganə şey – Məsih, Onun Padşahlığı və ölümə məhkumların xilasıdır.  
“Yol üçün heç nə götürməyin” (Lk. 9:3). Burada başa düşüb, öz həyatımıza tətbiq etməyin zəruri olduğu hansı vacib prinsip burada öz əksini tapmışdır? 
 ·  Translate
1
Add a comment...

Ilgar Cabbarov
moderator

Kitablar  - 
2
Add a comment...
 
...Христос умер за грехи наши, по Писанию, и что Он погребен был, 
и что воскрес в третий день, по Писанию, и что явился Кифе, 
потом двенадцати; (1Кор.15:3-5).
Верою, Он воскресший является и нам! 
С праздником Христова Воскресения
Христос Воскрес! Воистину Воскрес!
 ·  Translate
4
Add a comment...
 
Çərşənbə
8 aprel
“Əgər mənə səcdə etsən” 


Lk. 4:5-8-i oxuyun. Nə üçün şeytan İsanın ona səcdə etməsini istəyirdi? Burada qarşıya hansı vacib məsələ qoyulmuşdu? 
Səcdəyə müstəsna hüquq Allaha aiddir. Bu, yaradılmışı Yaradandan həmişəlik fərqləndirən amillərdən biridir. Lüsiferin göylərdə Allaha qarşı qaldırdığı qiyamın əsas məsələlərindən biri səcdə məsələsi idi. Lüsiferin nəfsi, könlündən keçənlərin xülasəsi Yeş. 14:13, 14-də çox gözəl verilmişdir; göylərə çıxmaq, taxtını Allahın ulduzlarından yüksəkdə qurmaq, Haqq – Taala kimi olmaq. Bu, yalnız Yaradana məxsus olan və nə qədər yüksək mövqeyi olmasından asılı olmayaraq, heç bir yaradılmışa verilməyən bir hakimiyyəti qəsb etmək cəhdi idi. 
Bu kontekstdə Məsihin sınağı zamanı nələr baş verdiyini daha yaxşı anlaya bilərik. İsa dünyanı xilas etmək və onu Allahın mülkiyyətinə və hakimiyyətinə qaytarmaqla bağlı Öz missiyasının icrasına başlamalı olduğu bir vaxtda şeytan onu dağın təpəsinə çıxardı, dünyanın bütün padşahlıqlarını Ona göstərdi və bütün bunları yalnız bir şeyin əvəzində Ona verəcəyini söylədi: “Bax əgər Sən mənə səcdə etsən, bunların hamısı Sənin olacaq” (Lk. 4:7).
Şeytan Məsihin nəzərini Onun İlahi vəzifəsindən yayındırmağa və Onu cah – cəlal və şöhrətlə şirnikləndirməyə çalışırdı, bütün bunları bir səcdə bahasına əldə etmək olardı. O, göylərdə əldə edə bilmədiyi hakimiyyəti və səcdəni burada əldə etməyə çalışırdı.      
Məsihin yoldan çıxaranı necə bir qətiyyətlə rədd etdiyinə diqqət yetirin: “Şeytan, rədd ol yanımdan!” (ayə 8). Səcdə və onunla əlaqədar olan xidmət yalnız Yaradan Allaha məxsusdur. Burada Məsih yenə də Allahın Kəlamının köməyindən istifadə edir. Məgər Musanın bu sözləri Allahdan ilham alaraq yazmamışdımı: “Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. Allahın Rəbbi... sev” (Qan. Tək. 6:4, 5, 13)? İnam və itaətlə Allahın yolu ilə getmək haqqında qəti qərar şeytanın yalanına və hiyləsinə qarşı son cavabdır.  
Hər birimiz iman məsələlərində, hətta “çox əhəmiyyətsiz” görünən məsələlərdə güzəştə getmək sınağı ilə üzləşə bilərik. Təsəvvür edin ki, yaxşı iş, universitetə qəbul imtahanı, vəzifədə yüksəlmə sizdən şənbəni qorumaq məsələsində güzəştə getməyi tələb edir. Yaxud ən yaxşı ölkəyə viza almaq öz əqidənizi gizlətməyi tələb edir. Hansı bir anda sövdələşə bilərsiniz? Əgər bu ümumiyyətlə mümkündürsə, hansı bir qiymət bahasına başa gələcəkdir? 
 ·  Translate
3
Add a comment...

Anar Guliyev
owner

Bibliya  - 
 
Windows və Linux üçün Azərbaycan dilində Bibliya bu programda var:
http://xiphos.org/
 ·  Translate
Xiphos is a Bible study tool written for Linux, UNIX, and Windows using GTK, offering a rich and featureful environment for reading, study, and research using modules from The SWORD Project and elsewhere. It is open-source software, and available free-of-charge to all.
2
Add a comment...

Anar Guliyev
owner

Bibliya  - 
 
Apple/iphone üçün Azərbaycan dilində Bibliya bu programda var:
https://itunes.apple.com/app/pocketsword/id341046078
PocketSword is a Bible Study app for the iPad, iPhone & iPod touch (iOS 3.0 and above) that is built upon the powerful SWORD backend developed by the CrossWire Bible Society. Modules are available for download (offline use) within the app, with permission granted by the various copyright holders to CrossWire to distribute them for use in its apps. When you download this app, it comes with the KJV & Matthew Henry's Concise Commentary on the Whole ...
2
Add a comment...
 
Dərs 2 4-10 aprel VƏFTİZ VƏ İMTAHAN     Şənbə Araşdırmaq üçün Müqəddəs Kitab ayələri: Lk. 3:1-14; Rom. 6:1-6; Lk. 3:21, 22; Lk. 4:5-8; Yeş. 14:13, 14; Lk. 4:9-13.   Yadda saxlanacaq ayə: “Müqəddəs Ruh cismani şəkildə göyərçin kimi Onun üzərinə endi. Göydən bir səda gəldi: Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam” (Lk. 3:22).     Keçən həftə də gördüyümüz kimi, Luka tarixdəki mötəbər insanların adlarını sadalayır.  Güman edirik ki, bununla o, İsa və Yəhya haqqındakı hekayəsinin də dünyanın bu güclü şəxsiyyətləri haqqındakı hekayələr qədər gerçək və tarixi olduğunu göstərmək istəyir.  Lakin hakimiyyətə sahib olan bu adamları xatırlatmanın daha bir vacib səbəbi var. Bu səbəb, həmin insanlara qarşısına səhradakı təvazökar insanı, Allahın seçilmiş elçisi Vəftizçi Yəhyanı qoymaqdır, o, bəşəriyyət tarixinin daha vacib hadisəsi – dünyanın Xilaskarı İsanın gəlişi üçün “yol hazırlamalı” idi. Maraqlıdır ki, Allah Məsihin carçısı olaraq “bu dünyanın böyük adamlarından” birini deyil, “aşağı” mövqeni tutanlardan birini seçmişdi.  Bu tarixi məlumatları birlikdə nəzərdən keçirən tədqiqatçılar Vəftizçi Yəhyanın və İsanın xidmətinin başlanğıc tarixini verirlər, bizim eranın 27 və 28-ci ilə yaxın bir tarix. Roma imperiyasının məhz bu tarixi çərçivəsində İsa vəftiz olundu və Göylərdən təminat aldı ki, O – Allahın “sevimli Oğludur” (Lk. 3:22). Luka bu faktı ən başlanğıcda, hələ İsa Məsihin missiyasını və xidmətini öz oxuyucularına “ardıcıllıqla yazmazdan” əvvəl qeyd edir.    Bazar 5 aprel Rəbbin yolunu hazırlayın   Lukanın müjdəsinin 3-cü fəslində Yəhya unikal bir rolla, xilas tarixində çox vacib bir rolla meydana çıxır. Yəhyanın vəzi haqqında çox şey söyləmək olar, lakin bir şey aydındır – o, camaatın xoşuna gəlsin deyə öz sözlərinə bəzəkli don geydirmirdi. Lk. 3:1-14-ü oxuyun. Onun sözlərində sadəcə bilavasitə dinləyiciləri üçün deyil, bizim hamımız üçün də vacib həqiqətlər vardır. Yəhyanın burada dediklərindən özünüz üçün hansı vacib həqiqətləri götürə bilərsiniz?
 Tövbə - nəzəri bir anlayış deyil, bu, bir həyat tərzidir. Yunanca orijinalda tövbə “metanoyya” sözü ilə ifadə olunmuşdur  ki, bunun da mənası düşüncənin dəyişməsidir, bu isə yeni həyatla nəticələnir. “Vəftiz etmək” suya batırmaq və ya tamamilə gömməkdir. Suya gömülmənin dərin mənası var. Yəhyanın dövründən əvvəl də yəhudilər suya gömülməklə baş verən vəftizə böyük əhəmiyyət verirdilər. Bu, bütpərəst əqidəsindən olanlar yəhudi əqidəsinə qoşulmaq istədikləri zaman həyata keçirilən ənənəvi bir ayin idi. Yəhudilərə vəftiz olmağı təklif edərkən Vəftizçi Yəhya yeni bir prinsipin əsasını qoydu: vəftiz – özünün köhnə günahlı yollarından hər kəsin önündə imtina etmək və özünü Məsihin gəlişinə hazırlamaq imkanıdır. Beləliklə, günahdan imtina etmək və tezliklə məsh olunacaq Məsihin Padşahlığının vətəndaşı kimi yeni həyat tərzinə həsr olunmaq üçün, Vəftizçi Yəhya bu simvolik addımı təyin etdi. Bundan dərhal sonra isə Yəhya əlavə etdi ki, o, sadəcə su ilə vəftiz edir, lakin ondan sonra gələcək Olan “sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək” (Lk. 3:16). Beləliklə, bizə çox vacib bir həqiqət təqdim olunmuşdur: suya gömülməklə həyata keçirilən vəftiz – daxili dəyişikliyin simvoludur ki, sonda Müqəddəs Ruhla vəftizlə möhürlənəcəkdir.    Rom. 6:1-6-nı oxuyun. Həvari Paul vəftizdən hansı ruhani dərsləri çıxarır? Onun suya gömülmək və sudan çıxmaqla, günah üçün ölüb Allaha həsr olunmuş həyat üçün dirilmək arasında necə bir müqayisə apardığına diqqət yetirin. Məsihdə bu yeni həyat sizin məsihçi təcrübənizdə necə təzahür edib? Onun hansı tərəfləri hələ də “suyun altında” qalmaqdadır?  
 ·  Translate
1
Add a comment...
 
Cümə axşamı
2 aprel
Xilaskarın gəlişinin şahidləri

Luka ilk növbədə bütpərəstlərə yazsa da, Əhdi – Ətiq vasitəsilə təcəssüm edən yəhudi mirasının əhəmiyyəti haqqında məlumatı var idi. O, Əhdi – Cədidin müjdəsini Əhdi – Ətiqinki ilə əlaqələndirməyin qayğısına qalır və körpə İsanın doğuluşunun səkkizinci günündə yəhudi qanununa müvafiq olaraq sünnət olunmaq üçün Məryəm və Yusif tərəfindən Yerusəlim məbədinə gətirilməsi səhnəsini çox gözəl təsvir edir (Lk. 2:22-24). 
Lk. 2:25-32-ni oxuyun. Şimeonun irəli sürdüyü xilas əqidəsinin üç müddəasına diqqət yetirin: xilas İsa vasitəsilədir; xilası Allah hazırlayıb; xilas bütün millətlər üçün nəzərdə tutulub – həm bütpərəslər, həm də israillilər üçün. Bu həqiqətlərin Vəh. 14:6-da birinci mələyin müjdəsi ilə necə bir əlaqəsi var? 

Şimeonun peyğəmbərliyi həm də İsanın xidmətinin iki başlıca xüsusiyyəti haqqında öncədən xəbər verdi. 
Birincisi, “Bu Körpə İsraildə bir çox adamın yıxılmasının ya ucalmasının səbəbkarı olmaq üçün təyin olunub” (Lk. 2:34). Bəli, Məsih bütün insanlara işıq və xilas gətirdi, lakin bu işığı və xilası olanlar da müəyyən əvəz ödəməlidirlər. Məsihə münasibətdə neytrallıq saxlamaq qeyri – mümkündür: siz ya Onu qəbul edirsiniz, ya da rədd edirsiniz, sizin xilasınız isə etdiyiniz seçimdən asılıdır. Məsih mütləqlik tələb edir: ya biz Onda qalırıq, ya da yox. Onda qalanlar diriləcəklər və Onun Padşahlığında yaşayacaqlar; lakin Onu rədd edənlər və ya Ona laqeyd qalanlar yıxılırlar və ümidsiz bir vəziyyətdə məhv olurlar. Məsihə iman müzakirə olunmazdır. 
İkincisi, Şimeon Məryəmə peyğəmbərlik edir ki, onun özünün də “köksünə sanki qılınc saplanacaq” (Lk. 2:35). Şübhəsiz, bu, Məryəmin də şahidlik edəcəyi Çarmıxa işarə idi. Məryəm və ondan sonra gələn bütün nəsillər yadda saxlamalıdırlar ki, Çarmıxsız xilas yoxdur. Çarmıx mərkəzdə dayanır və bütün xilas planı onun ətrafında dönür. 
Xilas – o mənada ənamdır ki, biz onu qazanmaq üçün heç bir şey edə bilmərik. Bununla belə, o, onu qəbul edənlərə çox baha başa gələ bilər. Məsihin ardınca getmək sizin üçün nəyin bahasına başa gəlib və nə üçün ödədiyiniz bu qiymət ölçüsündən asılı olmayaraq yenə də çox azdır? 
 ·  Translate
2
Add a comment...

Ilgar Cabbarov
moderator

Discussion  - 
 
Bazar ertəsi
20 aprel
On iki şagirdin seçilməsi

İnsan öz təşəbbüsü ilə şagird olmur. Bu, İsanın çağırışına cavabın nəticəsidir. Luka qeyd edir ki, İsa Peteri, Andreyi, Yəhyanı və Yaqubu (Lk. 5:11), eləcə də vergiyığan Levi Mattanı (ayə 27-32) artıq çağırmışdı. İndi müəllif On iki şagirdin seçilməsini öz müjdəsinin strateji bir mövqeyinə yerləşdirir: şənbə günü əli qurumuş adamın şəfa almasından dərhal sonra (Lk. 6:6-11), bu hadisə fariseyləri İsanı öldürmək fikrinə düşürdü. Rəbb bilirdi ki, Öz əməyini möhkəmlətməyin, təlim verə və çarmıxdakı ölümündən sonra Onun işini davam etdirmək üçün hazırlaya biləcəyi əməkdaşlardan ibarət komanda toplamağın vaxtı çatıb. 
Lk. 6:12-16, 9:1-6-nı oxuyun. Bu ayələr on iki həvarinin çağırışı haqqında nə deyir? 

Çoxsaylı adamların arasında tələbələr öz müəlliminin ardınca getdiyi kimi, İsanın ardınca gedən çoxlu şagirdlər vardı. Lakin Məsihin işi təlim verməkdən daha böyük bir iş idi. O, xilas olunmuşların cəmiyyətini, Onun xilas müjdəsini dünyanın dörd bir yanına çatdıracaq imanlılar cəmiyyəti qurmalı idi. Bu məqsəd üçün Ona sadəcə şagirdlər lazım deyildi. “Onlardan on iki nəfəri seçib həvari adlandırdı” (Lk. 6:13). “Həvari” – xüsusi bir məqsəd üçün xüsusi müjdə ilə göndərilmiş bir insandır. Luka bu sözdən öz Müjdəsində altı dəfə, Həvarilərin İşləri kitabında isə 25 dəfə istifadə edir (Matta və Mark hər biri bu sözdən yalnız bir dəfə istifadə edirlər). On iki həvari öz savadına, maddi vəziyyətinə, cəmiyyətdə tanınmış olmalarına, əxlaqi keyfiyyətlərinə və ya onları seçilməyə layiq edə biləcək hər hansı bir şeyə görə seçilməmişdilər. Onlar sadə ailəyə mənsub adi insanlar idilər: balıqçılar, vergiyığanlar, şübhə ilə yanaşanlar və hətta sonradan xainə çevrilən biri. Onların hamısı bir məqsəd üçün çağırılmışdılar – Padşahın və Onun Padşahlığının elçiləri olmaq.       
“Allah insanları olduqları kimi, onlara xas insani keyfiyyətlərlə birgə qəbul edir və onları Özünün xidməti üçün hazırlayır, lakin bunun üçün onlar itaətli olmağı və Ondan öyrənməyi istəməlidirlər. Onlar kamil olduqları üçün deyil, qeyri – kamilliklərinə rəğmən Məsihin lütfünün yardımı ilə həqiqəti dərk edərək və bu həqiqəti həyata tətbiq edərək Onun surətində dəyişilə bilərlər”, Y. Uayt, “Əsrlərin arzusu”, səh. 294.   
Həqiqətin gözlərinin içinə baxaq: biz kamil deyilik, ibadətgahımızdakı digər insanlar da. Biz hamımız böyümə prosesindəyik (hətta başqalarının bizim istədiyimizdən daha ləng böyüdüyünü düşünsək də). Başqa insanlarla birlikdə işləməyi və onları olduğu kimi qəbul etməyi necə öyrənməliyik?
 ·  Translate
1
Add a comment...
 
Cümə axşamı 
16 aprel
İsanın görünüşünün dəyişməsi

İsanın görünüşünün dəyişməsi barədə hər üç Müjdədən oxuyun (Lk. 9:27-36; Mat. 17:1-9; Mk. 9:2-8). (Peterin özünün bu barədəki hekayəsini də oxuyun və özünün şahidlik təcrübəsinə əsaslanan həvarinin hansı həqiqəti bəyan etdiyinə diqqət yetirin; 2 Pet. 1:16-18). Luka hansı əlavə məlumatı təqdim edir və bu nə üçün vacibdir?

Luka nə Mattanın, nə də Markın yazmadığı incəliklərdən başlayaraq nəql edir: İsa Peteri, Yəhyanı və Yaqubu dua etmək üçün Özü ilə dağa apardı. İsa Öz nəzərini və fikrini Yerusəlimə yönəltdi və qarşısında duran əziyyətli yol haqqında xəbər verdi. İsa əmin olmaq istəyirdi ki, etdiyi hər bir iş Allaha məqbuldur və Onun planına uyğundur. Belə anlarda dua müəyyənlik və əminlik əldə etmək üçün yeganə vasitədir. Dua zamanı İsa ilahi izzətə büründü: “İsa dua edərkən üzünün görünüşü dəyişdi və Onun libası göz qamaşdırıcı ağ rəng aldı” (Lk. 9:29). 
Görünüşü dəyişən İsa Musa və İlyasla “Onun Yerusəlimdə yerinə yetirəcəyi bu dünyadan ayrılması barədə” danışdı (ayə 31). Digər tərcümələrdə “dünyadan ayrılması” sözü “çıxış” sözü ilə ifadə olunmuşdur ki, bu sözü də iki cür başa düşmək olar. 1) Bu, Onun Yerusəlimdə baş verəcək ölümünü nəzərdə tuta bilər, halbuki yunan sözü “çıxış” ölümə işarə etmək üçün az istifadə olunur. Deməli, 2) “çıxış” həm də İsanın tezliklə Yerusəlimdə həyata keçirəcəyi möhtəşəm “çıxışı”, izzətli xilas çıxışını nəzərdə tuta bilər, bu çıxış günahlardan azad edəcək. Azərbaycan dilindəki “dünyadan ayrılmaq” sözü məzmuna daha uyğundur.  
Üçünün söhbəti Allahın razılıq səsi ilə başa çatdı: “Bu Mənim Oğlumdur, seçilmişimdir, Ona qulaq asın!” (ayə 35). Görünüşünün dəyişməsi ilə İsa izzətlə məsh olunur, bu isə Onun Oğulluğunu bir daha təsdiqləyir və xilasın Oğulun həyatı bahasına başa gələcəyini bəyan edir. Ona görə də şagirdlərə göydən göstəriş verilir: Ona qulaq asmaq! Ona itaət və tam sədaqət göstərmədən Onun şagirdi olmaq qeyri – mümkündür.  
Yelena Uayt yazır ki, hər hansı bir mələk yerinə üstünlük “verilmiş”, Allahın taxtının yanında olan bu adamlar (Musa və İlyas) İsa ilə Onun iztirabları barədə danışmağa və Göylərin Ona qarşı şəfqət duyduğuna əminliklə təsəlli verməyə gəlmişdilər. Onların söhbətinin mövzusu dünyanın ümidi və hər bir insanın xilası idi” (“Əsrlərin arzusu”, səh. 425). Beləliklə, o qədər çox insana təsəlli vermiş İsanın Özü belə təsəlliyə və dəstəyə ehtiyac duyurdu. Bu, hətta ruhani cəhətdən ən güclü insanların, liderlərin və rəhbərlərin belə bəzən təsəlliyə, ruhlandırmaya və başqa insanların köməyinə ehtiyacı ola biləcəyini necə açır? Hal – hazırda ağlınıza təsəlli verə, ruhlandıra və dəstək ola biləcəyiniz biri gəlirmi? 
 ·  Translate
4
Add a comment...
 
Bazar ertəsi
13 aprel
Allahın Oğlu

“Bəşər Oğlu” və “Allahın Oğlu” – İsanın Kimliyini təsvir etmək üçün Müjdələrdə bu iki addan istifadə olunur. Ilk ad Allahın insan bədənini qəbul etməsinə işarə edir; ikinci ad isə Onun İlahi Üçlüyün ikinci Şəxsiyyəti kimi İlahi təbiətini göstərir. Bu iki ad və ya iki titul birlikdə bizi İsa Məsih möcüzəsi haqqında düşünməyə çağırır: eyni zamanda həm Allah, həm də insan olan Allah haqqında. Bu konsepsiyanı başa düşmək çətindir, lakin bu çətinlik o heyrətamiz həqiqəti və onun təklif etdiyi böyük ümidi zərrə qədər də əksiltmir.  
Lk. 1:31, 32, 35; 2:11. Bu ayələr İsanın Kimliyini bizə necə açır? 
_____________________________________________________________________

Lk. 1:31, 32-də mələk “İsa” adını “Haqq – Taala” ilə bağlayır, “Rəbb Allah Ona Davudun taxtını verəcək”. İsa – Allahın Oğludur.  O, həm də Məsihdir, Davudun taxtını dünyəvi qurtuluşçu kimi deyil, ruhani mənada Xilaskar kimi bərpa edəcək Məsihdir. Yəni, O, sonda şeytanın Allahın taxtını ələ keçirmək cəhdinə son qoyacaq. Mələk çobanlara bəyan etdi ki, axurdakı körpə - “Xilsakardır. Bu, Rəbb Məsihdir” (Lk. 2:11).  
Eyni zamanda “Allahın Oğlu” titulu Məsihin İlahi Üçlükdəki mövqeyini təsdiqləməklə bərabər, yer üzündə ikən İsanın Ata Allah ilə ürəkdən – ürəyə sıx əlaqədə olduğundan xəbər verir.
Lakin Ata ilə Oğul arasındakı münasibətlər bizim Allahla münasibətlərimizdən fərqlidir. Bizim münasibətlətimiz Məsihin həm Yaradan, həm də Xilaskar kimi gördüyü işlərin nəticəsidir, lakin Onun Ataya Oğul kimi münasibəti – üç bərabər əbədi Şəxsiyyətdən birinin münasibətidir.  
İlahi təbiətə malik olan İsa Ata ilə ən sıx əlaqədə idi. 
“İsa: “Ey göylərdəki Atam” deyərək Öz şagirdlərinə xatırladır ki, Öz insan təbiəti ilə O, insanların sınaqlarını bölüşən və iztirablarına şərik olan biri kimi onlarla bağlıdır, Öz İlahi təbiəti ilə isə Əbədi Olanın taxtı ilə bağlıdır”. Y. Uayt, “Əsrlərin arzusu”, səh. 442.     
İsanın tam mənada Allah olması faktı bizim üçün necə bir əhəmiyyət kəsb edir? Bu həqiqət bir çox mənalar daşısa da, ən heyrətamiz mənalarından biri odur ki, İsa Allah ola – ola, Özünü aşağı tutaraq təkcə insan təbiətini qəbul etmədi, həm də bu təbiətlə Özünü bizim uğrumuzda qurban verdi. Burada söhbət Allahdan gedir! Bu həqiqət bizə Allahın əsl xasiyyətini açaraq, necə gözəl bir ümid verir?  
 ·  Translate
2
Add a comment...
 
11-17 aprel

İSA MƏSİH KİMDİR?

Şənbə
Araşdırmaq üçün Müqəddəs Kitab ayələri: Lk. 4:16-30, 6:5; Ef. 1:3-5; Lk. 9:18-27; 2 Pet. 1:16-18. 

Yadda saxlanacaq ayə: “İsa onlardan soruşdu: Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm? Peter Ona cavab verdi: Sən Allahın Məsihisən” (Lk. 9:20). 

İsa Məsih kimdir? 
Bu sual – fəlsəfi və ya ictimai bir tələ deyil. Bu sual insanın özünün kimliyinin mahiyyətinə toxunur, daha da vacibi – onları əbədiyyətdə nə gözlədiyini açır.  
İnsanlar İsanın işlərindən fərəh duya, Onun sözlərinə rəğbət bəsləyə, Onun səbrini yüksək qiymətləndirə, Onun şərə qarşı zorakılıqla cavab verməmək prinsipini dəstəkləyə, Onun qətiyyətliliyini təqdir edə, Onun fədakarlığını tərifləyə və Onun amansız ölümünü ürək sarsıntısı ilə oxuya bilərlər. Bir çox insanlar İsanı dünyanı sahmana salmağa çalışan - ədalətsizliyin mövcud olduğu yerdə ədaləti bərpa etməyə, xəstəliyin olduğu yerdə şəfa verməyə, yalnız iztirabların olduğu yerə təsəlli gətirməyə çalışan yaxşı bir İnsan kimi qəbul etməyə hazırdırlar.
Bəli, İsa ən yaxşı müəllim, inqilabçı, ən yaxşı lider və insan qəlbinin dərinliklərinə baxmağa qadir olan psixoloq adını həqiqətən də ala bilərdi. O, bütün bu adlara və bir çox digərlərinə layiq idi. 
Lakin bu faktların heç biri bizi İsanın Özünün soruşduğu sualın cavabına yaxınlaşdırmır: “Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?”
Bu sual cavab tələb edir və bəşəriyyətin taleyi bu cavabdan asılıdır.     
 ·  Translate
2
Add a comment...
 
Cümə axşamı
9 aprel
Qalib Məsih

Mattadan fərqli olaraq, Lukada ikinci və üçüncü sınağın ardıcıllığı əksinədir. Bunun səbəbi bəlli deyil, lakin bu, bizi təşvişə salmalı deyil. Ən vacib olan şey – hər iki Müjdənin bəyan etdiyi kimi, Məsihin şeytan üzərində qəti qələbəsidir. Bu sınaqları araşdırmaqdan irəli gələn vacib bir amil odur ki, İsa Məsih bizim kimi sınaqlara məruz qalan, lakin günahı olmayan gerçək bir insandır (İbr. 4:15). Hər bir sınaqda qalib gəlib, dilində Allahın Kəlamı, dua vasitəsilə göylərin qüvvə mənbəyi ilə sıx əlaqəni saxlayaraq şeytan üzərində zəfər çalan İsa Məsih, Allahın Padşahlığını bəyan etmək və yeni Məsiha əsrinin başlanğıcını qoymaq üçün gəlir.  

Lk. 4:9-13-ü və Mat. 4:5-7-ni oxuyun. İlk iki sınaqda İsa şeytanın şirnikləndirmələrinə qalib gəlmək üçün Müqəddəs Yazılardan istifadə etdi. İndi, üçüncü sınaq zamanı, şeytan da bu yola əl atır və Yazılardan sitat gətirir ki, guya İsanın Allah Kəlamına həqiqətən ciddi yanaşıb – yanaşmadığını yoxlasın. Burada nə baş verir və İsa necə cavab verir?

 Şeytan İsanın Yerusəlimdəki məbədin, yəhudi tarixindəki ən müqəddəs yerin başına çıxardır. Sion şəhəri, Allahın Öz xalqının arasında yaşadığı məbəd şeytanla İsa arasında qarşıdurma yerinə çevrilir. Yenə də bu proloq səslənir: “Əgər Sən Allahın Oğlusansa”. Baxın şeytan nə deyir: Əgər Allah həqiqətən Sənin Atandırsa, onda Sənin missiyan – həqiqətən Onun iradəsidir, damdan aşağı atıl, hər şeyi bir daha və birdəfəlik yoxla. Axı əgər bütün bunlar həqiqətdirsə, onda Allah Sənin yerə düşüb parçalanmağına yol verməz. Sonra isə o, Müqəddəs Yazılardan sitat gətirir: “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni qorusunlar” (Lk. 4:10).  
Şeytan Yazıları bilir, lakin təhrif edir. Onun fəndi – İsanı Allahı sınağa çəkməyə vadar etməkdir. Allah həqiqətən də mələklərin müdafiəsini vəd edib, lakin bu, yalnız Onun iradəsinə itaət kontekstində mümkündür, məsələn, Daniel və dostlarının başına gələn hadisədə olduğu kimi. İsa yenə də şeytana qətiyyətlə cavab verir və Yazılardan istifadə edərək, Allahı sınamağın qadağan edildiyi barədə əmri sitat gətirir (ayə 12). Bizim borcumuz – özümüzü Allahın iradəsinə tabe etmək və bütün qalan işləri Onun həyata keçirməsinə yol verməkdir.  
Sınaq barəsində dörd əsas Müqəddəs Kitab həqiqətinə diqqət yetirin: (1) Heç kim şirnikləndirmələrdən azad deyil; (2) Allah sınaqların bizim qarşımıza çıxmasına yol verdiyi zaman, bizim onlara müqavimət göstərə bilməyimiz üçün lütf, qalib gəlməyimiz üçün isə qüvvə verir; (3) sınaq hər dəfə eyni şəkildə gəlmir; (4) heç kim öz gücündən üstün, dözə bilməyəcəyi sınaqla üzləşmir (1 Korş 10:13).
 ·  Translate
3
Add a comment...

Anar Guliyev
owner

Bibliya  - 
 
Apple üçün Azərbaycan dilində Bibliya bu programda var:
https://launchpad.net/eloquent
 ·  Translate
1
Add a comment...

Anar Guliyev
owner

Bibliya  - 
 
SWORD program üçün Azərbaycan dilində Bibliya modul burada var:
http://www.crosswire.org/sword/modules/ModDisp.jsp?modType=Bibles
 ·  Translate
Bible Texts & Translations. The following are Bible texts and translations that can be used in any SWORD-based Bible program. To download, simply click on the link. For more information about a module, click the Info link beside it. Please note: Nearly all SWORD programs include an Install ...
3
Add a comment...

Anar Guliyev
owner

Bibliya  - 
 
Android üçün Azərbaycan dilində Bibliya bu programda var:
https://play.google.com/store/apps/details?id=net.bible.android.activity
 ·  Translate
And Bible is an open source, offline, totally free Bible application with n...
2
Add a comment...
 
Cümə
3 aprel
Gələcək araşdırmalar üçün

“Dörd Müjdədən birinin müəllifi olan Luka tibbi – vəzçi idi. Yazılarda onu “sevimli həkim” adlandırırlar (Kol. 4:14). Həvari Paul Lukanın həkim kimi qabiliyyəti haqqında eşitmişdi və Allahın ona xüsusi bir işi etibar etdiyini başa düşdüyünə görə onu axtarıb tapdı. O, Lukanı əməkdaşlığa cəlb etdi və Luka bir müddət Paulun vəzçilik səfərlərində onu müşayiət etdi. Sonra Paul Lukanı Makedoniyada Filipidə qoydu. Luka burada bir neçə il həkim və Müjdəçi müəllim kimi çalışmağa davam etdi. Tibb işçisi kimi xəstələrə xidmət edərkən, o dua edirdi ki, Allahın şəfaverici qüvvəsi xəstəliyə düçar olanların üzərinə ensin. Beləcə müjdə üçün də yol açılırdı. Lukanın xəstəlikləri sağaltmaqdakı uğuru Məsih haqqında bütpərəstlərə təbliğ etmək üçün ona çox imkan yaradırdı. Allahın planı budur ki, biz də eyni cür addım ataq”, - Y. Uayt, Şəfa xidməti, səh. 140, 141.    

Müzakirə üçün suallar:
1. Əgər Luka öz Müjdəsini yazarkən artıq mövcud olan materialları da nəzərə almışdısa, biz Yazıların Allahdan ilham almasını necə başa düşməliyik (2 Tim. 3:16)? Allahdan ilham almaq necə baş verir? Y. Uaytın “Seçilmiş müjdələr” kitabından “Peyğəmbərlik müəlliflərinin Allahdan ilham alması” fəslinə baxın, 1-ci cild, səh. 15-23. 
2. Günaha yol vermədən bakirə qızın bətninə övladın düşməsi Allahın işidir, burada həm Allahın sirri, həm Onun əzəməti, həm də Onun missiyası gizlənir. Bu, həqiqətən də insan anlayışından qat – qat yüksəkdə durur. Lakin sual bundan ibarətdir: axı nə olsun? Məgər dünyada insan anlayışına sığmayan hadisələr azdır? Əgər Allah varsa və O, kainatı yaratmaq və saxlamaq səlahiyyətinə malikdirsə, onda bakirə qızın bətninə günaha yol vermədən övladın düşməsi kimi bir hadisəyə Onun gücü çatmazmı? Yalnız dünya görüşü təbiət qanunları ilə (ən azından hal – hazırda anlaya bildiyimiz qanunlarla) məhdudlaşan insanlar günahsız hamilə qalmaq fikrinə heç düşünmədən etiraz edə bilərlər. Əksinə, dünya görüşünə fövqəltəbii şeylər də daxil olanların buna şübhə etmək üçün əsası olmamalıdır. Görün mələk Məryəmə ağlasığmaz müjdəni bəyan etdikdən sonra nə dedi: “Çünki Allah üçün mümkün olmayan şey yoxdur” (Lk. 1:37).   
3. Deyirlər, bir amerikalı telejurnalist bəyan edib ki, əgər belə bir imkanı olsaydı, hamıdan çox İsa Məsihdən müsahibə almaq istərdi.  Ona yalnız bir sual verərdi? “Sən doğrudanmı bakirə qızdan doğulmusan?” Nə üçün bu suala və onun cavabı bu qədər vacibdir?   
 ·  Translate
1
Add a comment...

Anar Guliyev
owner

Bibliya  - 
Several problems I encountered in Azeri translation of Old Testament of Bible. I revised only books Numbers, Leviticus, Deuteronomy. Used for analysis: Brown-Driver-Briggs Hebrew Lexicon. Strong's Hebrew Bible Dictionary. Septuagint, Morphologically Tagged Rahlfs. Green's Literal Translation ...
1
Add a comment...