Post has attachment
Photo

“Əliyev və K” Şəxsi istehsalat Kommersiya Şirkəti 16.11.1993 –cü il tarixdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmışdır.
Yarandıgı gündən bu günə qədər kompaniyamız ticarət və məişət xidmətləri sferasının sahələri (super – marketlər, restoranlar, kafelər, mehmanxanalar, tibb mərkəzləri, müxtəlif əyləncə mərkəzləri və.s ) üçün nəzərdə tutulmuş avadanlıqların istehsalı, satışı, habelə idxalı və ixracı, müxtəlif servislər göstərməklə fəaliyyət göstərir. Eyni zamanda şirkətimizdə inşaat materialları, həmçinin təbii kirəmit dam örtükləri, tikinti müəssisələrində və müxtəlif istehsal sahələrində fəaliyyət göstərən istehsalçıların məhsullarının qablaşdırılmasında istifadəsi üçün böyük əhəmiyyəti olan penoplast istehsal olunur.Onuda qeyd edək ki, şirkət nəinki Azərbaycanda, hətta Zaqafqaziya və Şimali Qafqaz ərazisində yeganə penoplast istehsalçısı olmaqla yaxın qonşu dövlətlərə də həmin məhsulu ixrac edir.
“Əliyev və K” ŞİKŞ bütün dünyada mütərəqqi və etibarlı texnologiya hesab edilən alman texnologiyasına üstünlük verir. Hazırda şirkətin bütün istehsal xətləri məhz alman texnogiyasına əsaslanır.
Şirkətin məhsullarına baxış keçirilən zaman, cənab Prezidentimiz İlham Əliyev məhsullarımızın keyfiyyətini yüksək səviyyədə olduğunu qiymətləndirmiş və şirkətimizin gələcəydə dahada yüksək inkişafına və genişləndirilməsinə dair öz tövsiyələrini vermişdir.
Şirkətimiz, 20 –dən çox ölkə ilə idxal-ixrac əməliyyatları aparır, bir çox ölkələrin, o cümlədən Rusiya, Ukrayna, Qazaxıstan, Türkmənistan, İran, Türkiyə, Fransa, Almaniya, Çin və digər dövlətlərin müəsisə və şirkətləri ilə iqtisadi əməkdaşlıgını daha da möhkəmləndirir.
Şirkət Rusiyanın Sank-Peterburq, Tamboy, Voronej, Tver şəhərlərində, həmçinin türkiyə, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən şirkətlərdən ticarət sahəsində geniş istifadə olunan tərəzi-ağırlıq ölçmə avadanlıqları idxal edərək satışını, və servisini təşkil etmişdir.
2001-ci ildə İtaliyanın Roma şəhərində Avropa Ticarət Liderləri Palatasının Konfransı keçirilmişdir.
Bu konfransda şirkətimizin istehsal etdiyi məhsuların keyfiyyəti yüksək qiymətləndirilərək, Sertifikat və Qızıl medala layiq görülmüşdür.
2003-cü ilin noyabr ayında “Əliyev və K” ŞİKŞ-nin quruluş onilliyini qeyd edilən zaman təşkil olunmuş tədbirə dəvət olunmuş çoxlu sayda ölkələrin nümayəndələri şirkətdə istehsal olunan ticarət avadanlıqlarının keyfiyyətini yüksək qiymətləndirmiş, bu sahədə böyük təcrübənin və əldə edilmiş böyük nəaliyyəti xüsusi olaraq vurğulamışlar.
Şirkətimiz ixtisaslı kadrları ilə demək olar ki, günü-gündən inkişafını davam etdirir.İstehsal olunan malların çeşidləri günü-gündən artmaqdadır. Hətta istehsal olunan malların keyfiyyətinə görə 2009-cu ilin 6 mart ayında Keyfiyyət İdarəetmə Sisteminin(İSO 9001:2008) Uyğunluq Sertifikatına layiq görülmüşdür.Bu sertifikat, ictimai iaşə məntəqələri və ticarət müəssələri üçün müxtəlif çeşidli soyuducu vitirinlərin, dondurucu kameraların, elektrik peçlərinin, ümumi təyinatlı vitrinlərin, mətbəx mebellərinin (stol və stullar) layihələndirilməsi, istehsalı və servis xidməti sahəsində fəaliyyətini dünya standartına uyğunluğunu təsdiqləyir.
Biz “Əliyev və K” ŞİKŞ-i olaraq bununla kifayətlənmirik, bundan sonrada öz profilimizi qoruyub saxlamaqdayıq və istehsal etdiyimiz məhsulların çeşidlərini artırmaqla bərabər keyfiyyətini də gücləndirməkdəyik.
Wait while more posts are being loaded