Post is pinned.Post has attachment
Salam aleykum,,,,,,
,,,,,,,,,,,,,,,,,,,Bu gün Zilqədə ayı başlayır.
,,,,,,,,,,,,,,,,,,,, ZİL-QƏDƏ AYININ ƏMƏLLƏRİ.

Zil-qədə ayı Allahın haram buyurduğu dörd aydan biridir. Seyid ibn Tavus nəql edir ki, Zil-qədə ayı çətinliklər zamanı duaların qəbul olduğu bir aydır.

Peyğəmbərdən (s) bu ayın bazar gününə məxsus çox fəzilətli bir namaz nəql olunmuşdur ki, onun qılınma qaydası belədir:
"Zil-qədə ayının ,bazar günü qüsl etdikdən və dəstəmaz aldıqdan sonra dörd rükət – hər rükətdə "Həmd”dən sonra üç dəfə "İxlas”, "Fələq” və "Nas” surələrini oxuyaraq namaz qılınır. Sonra yetmiş dəfə istiğfar (tövbə) edib, istiğfarı "La həvla və la quvvətə illa billahil əliyyil əzim”lə sona yetirilir. Sonra bu zikr deyilir:

يَا عَزِيزُ يَا غَفَّارُ اغْفِرْ لِي ذُنُوبِي وَ ذُنُوبَ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ إِلا أَنْتَ

Ya əzizu ya ğəffaruğfir li zunubi, və zunubə cəmiil mu`­mi­ninə vəl mu`minat, fə­innəhu la yəğfiruz zunubə illa ənt
– Ey əziz, ey bağışlayan, mənim günahlarımı və bütün mömin kişi və qadınların günahlarını bağışla! Çünki günahları Səndən başqası bağışlamaz.

Şeyx Abbas Qummi "Məfatihul-cinan” kitabında yazır ki, hər kim haram ayların birində üç gün ardıcıl olaraq həmin ayın 4-cü, 5-ci və 6-cı günlərini oruc tutsa, ona doqquz yüz ilin ibadətinin savabı verilər.

Zil-qədə ayının 15-ci gününün gecəsi:

Çox bərəkətli gecədir. Allah öz mömin bəndələrinə rəhmət gözü ilə baxar. Həmin gecəni ibadət və raz-niyazla keçirən şəxs üçün yüz nəfər əməlisaleh bəndənin savabı yazılar. Peyğəmbərdən (s) nəql olunan bir hədisdə deyilir ki, həmin gecəni qənimət bilin, ibadət-itaətlə, namaz qılmaq və dua etməklə məşğul olun. Başqa bir rəvayətdə təkidlə deyilir ki, həmin gün istəklərinizi dilə gətirin və Allahdan diləyin.

Zil-qədə ayının 25-ci günü – "Dəhvul-ərz” günü

"Dəhvul-ərz” günü dedikdə, yerin Kəbə evinin altından genişlənməsi nəzərdə tutulur. Çox şərafətli günlərdən biridir. Həmin gün ilahi rəhmətin yer üzünə nazil olduğu gündür və ibadətlə məşğul olmağın böyük savabı vardır.

Bir rəvayətdə Həsən ibn Əli Vəşşa belə deyir:
"Zil-qədə ayının 25-ci günü mən uşaq ikən atamla birgə imam Rzanın (ə) hüzurunda şam yeyirdik. İmam buyurdu:
"Bu gün İbrahim və İsa peyğəmbər anadan olmuşlar. Yer Kəbə evinin altından genişlənmişdir. O gün hər kəs oruc tutsa, orucu altmış ayın orucuna bərabər olar.”
"Dəhvul-ərz” günü ilin orucunun ən çox savabı olan dörd günündən biridir. Bir rəvayətə görə, orucu yetmiş ilin orucuna bərabərdir. Başqa rəvayətə görə, yetmiş ilin kəffarəsidir. Hər kəs gündüzünü oruc tutub gecəsini ibadətlə başa vursa, onun üçün yüz ilin ibadəti yazılar. Həmin gün üçün verilən əməllərlə yanaşı, digər iki əməl də göstərilmişdir:

1. İki rükət namaz qılmaq; bu namaz günortaya azca qalmış qılınır və hr rükətdə "Həmd” surəsini dedikdən sonra beş dəfə "Şəms” surəsi və salamdan sonra isə aşağıdakı zikr deyilir:

لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ

"La həvlə və la quvvətə illa billahil əliyyil əzim – Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur!”

Dua etdikdən sonra belə deyilir:

يَا مُقِيلَ الْعَثَرَاتِ أَقِلْنِي عَثْرَتِي يَا مُجِيبَ الدَّعَوَاتِ أَجِبْ دَعْوَتِي يَا سَامِعَ الْأَصْوَاتِ اسْمَعْ صَوْتِي وَ ارْحَمْنِي وَ تَجَاوَزْ عَنْ سَيِّئَاتِي وَ مَا عِنْدِي يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ

Duanın oxunuşu:
Ya muqiləl əsərat, əqil­ni əsrəti, ya mucibəd-dəə­va­t, əcib də`vəti, ya samiəl əsvat, ismə` səvti, vər­həm­ni və təcavəz ən səyyiati, və ma indi ya zəl cəlali vəl ikram.

Duanın tərcüməsi:
Ey xətalardan keçən, mənim xətalarımdan keç! Ey duaları qəbul edən, duamı qəbul et! Ey səsləri eşidən, səsimi eşit, mənə rəhm et, pisliklərimi bağışla, ey əzəmət və ehsan sahibi!

2. "Dəhvül-ərz” duasını oxumaq:

اللَّهُمَّ دَاحِيَ الْكَعْبَةِ وَ فَالِقَ الْحَبَّةِ وَ صَارِفَ اللَّزْبَةِ وَ كَاشِفَ كُلِّ كُرْبَةٍ أَسْأَلُكَ فِي هَذَا الْيَوْمِ مِنْ أَيَّامِكَ الَّتِي أَعْظَمْتَ حَقَّهَا وَ أَقْدَمْتَ سَبْقَهَا وَ جَعَلْتَهَا عِنْدَ الْمُؤْمِنِينَ وَدِيعَةً وَ إِلَيْكَ ذَرِيعَةً وَ بِرَحْمَتِكَ الْوَسِيعَةِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ عَبْدِكَ الْمُنْتَجَبِ فِي الْمِيثَاقِ الْقَرِيبِ يَوْمَ التَّلاقِ فَاتِقِ كُلِّ رَتْقٍ وَ دَاعٍ إِلَى كُلِّ حَقٍّ وَ عَلَى أَهْلِ بَيْتِهِ الْأَطْهَارِ الْهُدَاةِ الْمَنَارِ دَعَائِمِ الْجَبَّارِ وَ وُلاةِ الْجَنَّةِ وَ النَّارِ وَ أَعْطِنَا فِي يَوْمِنَا هَذَا مِنْ عَطَائِكَ الْمَخْزُونِ غَيْرَ مَقْطُوعٍ وَ لا مَمْنُوعٍ [مَمْنُونٍ‏] تَجْمَعُ لَنَا بِهِ التَّوْبَةَ وَ حُسْنَ الْأَوْبَةِ يَا خَيْرَ مَدْعُوٍّ وَ أَكْرَمَ مَرْجُوٍّ يَا كَفِيُّ يَا وَفِيُّ يَا مَنْ لُطْفُهُ خَفِيٌّ الْطُفْ لِي بِلُطْفِكَ وَ أَسْعِدْنِي بِعَفْوِكَ وَ أَيِّدْنِي بِنَصْرِكَ وَ لا تُنْسِنِي كَرِيمَ ذِكْرِكَ بِوُلاةِ أَمْرِكَ وَ حَفَظَةِ سِرِّكَ وَ احْفَظْنِي مِنْ شَوَائِبِ الدَّهْرِ إِلَى يَوْمِ الْحَشْرِ وَ النَّشْرِ وَ أَشْهِدْنِي أَوْلِيَاءَكَ عِنْدَ خُرُوجِ نَفْسِي وَ حُلُولِ رَمْسِي وَ انْقِطَاعِ عَمَلِي وَ انْقِضَاءِ أَجَلِي اللَّهُمَّ وَ اذْكُرْنِي عَلَى طُولِ الْبِلَى إِذَا حَلَلْتُ بَيْنَ أَطْبَاقِ الثَّرَى وَ نَسِيَنِيَ النَّاسُونَ مِنَ الْوَرَى وَ أَحْلِلْنِي دَارَ الْمُقَامَةِ وَ بَوِّئْنِي مَنْزِلَ الْكَرَامَةِ وَ اجْعَلْنِي مِنْ مُرَافِقِي أَوْلِيَائِكَ وَ أَهْلِ اجْتِبَائِكَ وَ اصْطِفَائِكَ وَ بَارِكْ لِي فِي لِقَائِكَ وَ ارْزُقْنِي حُسْنَ الْعَمَلِ قَبْلَ حُلُولِ الْأَجَلِ بَرِيئا مِنَ الزَّلَلِ وَ سُوءِ الْخَطَلِ اللَّهُمَّ وَ أَوْرِدْنِي حَوْضَ نَبِيِّكَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ اسْقِنِي مِنْهُ مَشْرَبا رَوِيّا سَائِغا هَنِيئا لا أَظْمَأُ بَعْدَهُ وَ لا أُحَلَّأُ وِرْدَهُ وَ لا عَنْهُ أُذَادُ وَ اجْعَلْهُ لِي خَيْرَ زَادٍ وَ أَوْفَى مِيعَادٍ يَوْمَ يَقُومُ الْأَشْهَادُ اللَّهُمَّ وَ الْعَنْ جَبَابِرَةَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ بِحُقُوقِ [لِحُقُوقِ‏] أَوْلِيَائِكَ الْمُسْتَأْثِرِينَ اللَّهُمَّ وَ اقْصِمْ دَعَائِمَهُمْ وَ أَهْلِكْ أَشْيَاعَهُمْ وَ عَامِلَهُمْ وَ عَجِّلْ مَهَالِكَهُمْ وَ اسْلُبْهُمْ مَمَالِكَهُمْ وَ ضَيِّقْ عَلَيْهِمْ مَسَالِكَهُمْ وَ الْعَنْ مُسَاهِمَهُمْ وَ مُشَارِكَهُمْ اللَّهُمَّ وَ عَجِّلْ فَرَجَ أَوْلِيَائِكَ وَ ارْدُدْ عَلَيْهِمْ مَظَالِمَهُمْ وَ أَظْهِرْ بِالْحَقِّ قَائِمَهُمْ وَ اجْعَلْهُ لِدِينِكَ مُنْتَصِرا وَ بِأَمْرِكَ فِي أَعْدَائِكَ مُؤْتَمِرا اللَّهُمَّ احْفُفْهُ بِمَلائِكَةِ النَّصْرِ وَ بِمَا أَلْقَيْتَ إِلَيْهِ مِنَ الْأَمْرِ فِي لَيْلَةِ الْقَدْرِ مُنْتَقِما لَكَ حَتَّى تَرْضَى وَ يَعُودَ دِينُكَ بِهِ وَ عَلَى يَدَيْهِ جَدِيدا غَضّا وَ يَمْحَضَ الْحَقَّ مَحْضا وَ يَرْفِضَ الْبَاطِلَ رَفْضا اللَّهُمَّ صَلِّ عَلَيْهِ وَ عَلَى جَمِيعِ آبَائِهِ وَ اجْعَلْنَا مِنْ صَحْبِهِ وَ أُسْرَتِهِ وَ ابْعَثْنَا فِي كَرَّتِهِ حَتَّى نَكُونَ فِي زَمَانِهِ مِنْ أَعْوَانِهِ اللَّهُمَّ أَدْرِكْ بِنَا قِيَامَهُ وَ أَشْهِدْنَا أَيَّامَهُ وَ صَلِّ عَلَيْهِ [عَلَى مُحَمَّدٍ] وَ ارْدُدْ إِلَيْنَا سَلامَهُ وَ السَّلامُ عَلَيْهِ [عَلَيْهِمْ‏] وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ

Duanın tərcüməsi:
İlahi, ey Kəbənin ərazisini genişləndirən, toxumu yaran, çətinlikləri uzaqlaşdıran, bütün bəla və qəm-kədəri aradan qaldıran! Haqqını böyük, özünü şərəf baxımından digər günlərdən üstün və onu iman gətirənlər üçün Sənə doğru bir vasitə etdiyin və ixtiyarlarında qoyduğun bu gündə Sənə geniş rəhmətini and verir və Səndən saleh və nəcib bəndən, onun vasitəsilə (Səninlə) görüş günü və verdiyin vədinin yaxın olduğunu bildirdiyin, bağlı olanları açdığın, məxluqatı tamamilə haqqa dəvət edən Mühəmmədə və onun pak, parlaq hidayət çırağı və Allaha doğru hidayətin təməli, cənnət və cəhənnəm üzərinə hakimiyyətə malik olan Əhli-beytinə salam göndərməyini, bu gündə bizə kəsilməyən və qadağan olmayan dəyərli nemətlərini bəxş etməyini və bunlara Sənə doğru gözəl bir dönüş və tövbə ilə qayıtmağı da əlavə etməyini istəyirəm! Ey çağrılanların ən xeyirlisi, ey ümid edilənlərin ən kəramətlisi, ey məxluqatın işlərində yetərli olan, ey vəfadar, ey lütf və mərhəməti gizli, lütfünə xatir mənə lütf et, bağışlamağınla məni səadətə çatdır, yardımınla məni təsdiqlə, sirlərinə gözətçi və əmr sahibləri vasitəsilə səni şərəflə yad etməyi mənə unutdurma, ruzigarın aludəlikləri və şübhəli şeylərindən məni qiyamətə və yenidən dirildiləcəyim günə qədər qoru, ruhumun bədəndən çıxdığı, əcəl yetişdiyi, əməllərim bitdiyi və ömrüm sona çatdığı zaman dostlar və övliyalarını başım üzərində hazır et! İlahi, torpağın altında qaldığım uzun müddətdə və bütün kəslərin məni unutduğu zaman Sən məni xatırla, məni əbədi iqamətgaha daxil et, mənə o mənzildə izzət və kəramət ver, məni dostların, xas bəndələrin və seçdiklərinin kənarında yerləşdir, Səninlə görüşü mənə bərəkətli et və əcəl yetişməzdən öncə, xəta və eyiblərdən uzaq olan yaxşı əməlləri mənə nəsib et! İlahi, məni Mühəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) hovuzuna daxil et və ondakı (pak və) ləzzətli şərablarla onu içdikdən sonra, bir daha susuz olmayacağım və ona daxil olduqdan sonra bir daha oradan çıxarılmayacağım qədər sirab et və şahidlər şəhadət vermək üçün qalxdıqda, onu mənim üçün ən xeyirli azuqə və mənzilə çevir! İlahi, zülm edənlərə – onların birincisindən sonuncusuna qədər və övliyalarının haqqını qəsb edənlərə lənət göndər! İlahi, onların zülm və ədalətsizlik bünövrəsini təməlindən sarsıt, onlara şərik olan və yardım edənləri məhv et və tez bir zamanda həlakətə çatdır, hakim olduqları ölkələri (müstəmləkələrini) onlardan al və çıxış (qurtuluş) yollarını bağla, mənfəətlərində onlarla şərik olanlara lənət et! İlahi, Öz dost və övliyalarını tezliklə qurtuluşa çatdır və haqlarını onlara qaytar! Qaim-Höccətini (imam Mehdi) zahir et, onu dininə köməkçi və əmrinlə düşmənlərinə qalib et, ona düşmənlərindən intiqam almaq və zəifləyən dinin yenidən onun ixtiyarında olması və razı olmağın, dininin kamil şəkildə saflaşması, batilin tamamilə aradan qalxması üçün mələk qoşunu və "Qədr” gecəsində nazil etdiyin hökmünlə yardım et! İlahi, ona və onun əcdadına salam yetir, bizi onun səhabə və qoşununda olanlardan təyin et, onun "rəcət”i və hakimiyyəti zamanı bizi ona yardımçı olmaq üçün yenidən dirilt! İlahi, bizə onun qiyamını dərk etmək və zühurunu müşahidə etməyi nəsib et və ona salam yetir! Onun salamını bizə çatdır. Salam olsun ona (və onlara)! Ona Allahın salamı, rəhmət və bərəkətləri olsun!

(Mənbə: "Məfatihul-cinan”, Şüyx Abbas Qummi, "Zil-qədə ayının əməlləri” bölümü.)

Rza Şükürlü (Maide.az)


Allah Peyğambər və Ali Peyğambərə xatir ibadətlərinizi qəbul eləsin in şə Allah!
Photo

Post has attachment
Salam aleykum,,,,,,
,,,,,,,,,,,,,,,,,,,,,,,,,, Behişt hurilərindən də gözəl xanımlar

Əgər Quran ayələrinə nəzər salsaq, görərik ki, behişt qadınları iki dəstədirlər:

1. Huruleynlərdir ki, Quranın bir çox ayələrində onların sifətləri bəyan olunmuşdur. “Onlarda gözəl təbiətli və gözəl üzlü qadınlar vardır. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! Çadırlar içərisində pərdə arxasında oturmuş (və yadların gözlərindən uzaq) hurilər. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! Bunlardan qabaq onlara nə bir insan, nə də bir cin toxunub”. (“Rəhman” 70-74).

“Və (orada onlar üçün) ağ dərili, iri gözlü gözəl qadınlar (vardır). Sədəfdə gizlənmiş inci kimi (ki, nə rəngi dəyişib, nə də kiminsə əli toxunub onlara)!”. (“Vaqiə” 22-23).

“Hündür və bir-birinin üstünə salınmış döşənəcəklər və ya xasiyyət və gözəlliyi çox üstün olan zövcələr. Əlbəttə, Biz onları məxsus xilqətlə (doğulmaqdan ayrı bir yolla, möcüzəvi şəkildə və yaxud dünyadakı mömin qoca qadınların yaradılışını yeniləşdirməklə) yaratmışıq. ...”. (“Vaqiə” 34-37).

2. Saleh qadınlardır ki, huruleynlərdən daha gözəldir. Quran buyurur: “Siz və (dünyadakı) zövcələriniz tam sevinc, kamil zinət və son dərəcə hörmətlə Cənnətə daxil olun! Və onların ətrafında (yeməklə dolu) qızıl kasalar və (pak içki ilə dolu) kuzələr dolandırılacaqdır.

Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır. Siz orada əbədisiniz. Bu sizin (dünyada) yerinə yetirdiklərinizin müqabilində (və ya yaxşı əməllərinizə görə kafirlərin də payına) varis olduğunuz Cənnətdir”. (“Zuxruf” 70-72).

“(Həmin o) əbədi Cənnətlər ki, onların özləri və atalarından, zövcələrindən və övladlarından (əqidə baxımından) layiq olanlar (əməlləri naqis olsa da, onlara görə) ora daxil olarlar. Və mələklər hər bir qapıdan onların yanına daxil olarlar”. (“Rəd” 23).

“Həqiqətən, Cənnət əhli o gün xoş bir əhval-ruhiyyədə, şadlıq və ləzzət içərisindədirlər. Onlar və zövcələri (ağacların və qəsrlərin) kölgələr(i) altında öz bəzənmiş taxtlarına söykənərlər”. (“Yasin” 55-56).

Həzrət Peyğəmbər (s) saleh qadınların xüsusiyyəti barəsində buyurur: “Müsəlman kişi üçün İslam dinini qəbul etdikdən sonra, müsəlman bir qadına malik olmaqdan yaxşı fayda yoxdur. O zaman ki, onu görər – bütün varlığında kamil sevinc yaranar. Ərinin istəklərinə kamil itaət edər və onun qeybində öz iffət və paklığını, həmçinin ərinin malını qoruyar”. (Tebyan)

Behişt qadınlarının hər ikisi də pakdırlar və hər cür çirkinlikdən uzaqdırlar. Onların qəlbində həsəd, kin, hər cür xəbis sifətlər mövcud deyildir.

 


Photo

Post has shared content
Salam aleykum,,,,
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,Məvəddət ayəsi

«Ey Peyğəmbər, müsəlmanlara de ki, mən sizdən peyğəmbərlik (etdiyim müddətdə ümmətin hidayət оlunması yоlunda çəkilən zəhmət) müqabilində Әhli-beytimi sevməkdən başqa bir şey istəmirəm» (Şura surəsi, 23-cü ayə.)

Әziz Peyğəmbərimiz (s) bu ayədə kimlərin nəzərdə tutulduğunu və kimlərə itaət və dоstluğun vacib оlduğunu müsəlmanlar üçün izah etmişdir.          

Təfsir, hədis və tarix kitablarında qeyd оlunduğu kimi, bu aydəki, «zil-qurba» kəlməsindən məqsəd Әli, Fatimə, Həsən və Hüseyn (ə) həzrətləridir. Zəməxşəri öz «Kəşşaf» təfsirində belə yazmışdır: «Bir gün müşriklər: Məhəmməd öz risaləti (peyğəmbərliyi) üçün mükafat istəyirmi?–deyə danışırdılar ki, cavab оlaraq bu ayə nazil оldu:

«Ey Peyğəmbər (müsəlmanlara) de ki, mən sizdən peyğəmbərlik müqabilində Әhli-beytimi sevməkdən başqa bir şey istəmirəm.»

Zəməxşəri öz sözünə davam edərək yazır: Rəvayətə görə bu ayə nazil оlandan sоnra həzrət Peyğəmbərdən (s) sоruşdular: «Ya Rəsuləllah! Bizə dоstluq və məhəbbətləri vacib оlan yaxın adamların kimlərdir?

Peyğəmbər (s) cavabında buyurdu:

«Оnlar Әli, Fatimə və iki оğlanları Həsən və Hüseyndən ibarətdir.» [Təfsiri-kəbir (Fəxri Razi) Şura surəsi, 23-cü ayənin təfsiri.]

Әllamə Bəhrani bu hədisi Әhməd ibni Hənbəlin «Müsnəd» adlı kitabından оrada zikr оlunan silsilə sənədlə Sə᾽id ibni Cubeyrdən və о da ibni Abbasdan belə nəql edir: Məvəddət ayəsi nazil оlandan sоnra Peyğəmbərə (s) dedilər: «Ey Allahın Peyğəmbəri! Bizə dоstluq və məhəbbətləri vacib оlan yaxın adamların kimlərdir?» О, Həzrət (s) belə buyurdu: «Әli, Fatimə və iki оğlanları.» [«Qayətül-məram» kitabı, Şura surəsi, 23-cü ayənin təfsiri.]

«Təfsiri-kəbir»in müəllifi Fəxri Razi, Zəməxşərinin «Ali-Məhəmməd» (Peyğəmbərin Әhli-beyti) haqqındakı sözünü nəql etdikdən sоnra belə yazmışdır: Mənim nəzərimə görə «Ali Məhəmməd» Peyğəmbərlə (s) rabitələri daha sıx оlan şəxslərdir. Bu rabitə nə qədər güclü və kamil оlsa, yaxınlıq da bir о qədər artıq оlar. Şübhəsiz, Әli, Fatimə, Həsən və Hüseynin (ə) həzrət Peyğəmbər (s) ilə rabitəsi hamıdan artıq idi. Bunun inkarоlunmaz bir həqiqət оlduğu hamı tərəfindən eyni cür söylənilmiş və sübuta yetirilmişdir. Nəhayət, оnların yalnız «Ali-Məhəmməd» оlmaları zərurəti meydana gəlir. Әlbəttə «ali» kəlməsinin tərcüməsində çоxlu mübahisələr vardır. Bə᾽zilərinin fikrincə, məqsəd «əqraba» və bə᾽zilərinin nəzərincə «ümmət» kimi mə᾽na оlunur. Әgər birinci mə᾽nanı götürsək, Peyğəmbərin (s) ailəsi, (Әli, Fatimə, Həsən və Hüseyn) «Ali-Məhəmməd» hesab оlunur. Әgər ikinci mə᾽nanı da götürsək, yenə də оnlar ümmətin içərisinə daxil оlurlar. Çünki, оnlar da Peyğəmbərin (ə) ümmətindən sayılırlar. Şübhəsiz «ali» kəlməsinin mə᾽nası Әli, Fatimə, Həsən və Hüseynə (ə) şamil оlunur. Amma, оnlardan başqalarının daxil оlmasında ixtilaf vardır. Həqiqətdə isə ayrı şəxsləri «ali» kəlməsinin mə᾽nasına daxil etmək ağıl, məntiq və nəql оlunan rəvayətlərə zidd getməkdir. [Әziz оxucularımız da görür ki, «ali» kəlməsini «Peyğəmbərin ümməti» kimi tərcümə etmək həqiqi mə᾽nadan uzaqdır. Çünki, «ali» kəlməsi lüğət kitablarında tərcümə оlunmuşdur. Elə isə оnu ümmət kimi tərcümə etmək ağıl və məntiqə uyğun deyildir. Habelə, hamı tərəfindən eyni cür nəql edilmişdir ki, həzrət Peyğəmbər (s) Әli, Fatimə, Həsən və Hüseyn (ə)-ı çоx sevərdi.]

Yuxarıda qeyd оlunduğu kimi, Zəməxşəri nəql etmişdir ki, bu ayə (Məvəddət ayəsi) nazil оlandan sоnra Peyğəmbərdən (s) sоruşdular: «Ey Allahın peyğəmbəri! Sənin yaxın adamlarından kimlərin dоstluq və məhəbbəti bizlərə vacibdir?» О Həzrət buyurdu:

«Әli, Fatimə və iki оğlanları, Həsən və Hüseyn.»

Beləliklə, mə᾿lum оlur ki, bu dörd nəfər həzrət Peyğəmbərin (s) yaxınlarıdır və xüsusi tə᾽zim və ehtiram оnlar üçün оlma-lıdır. Bu sözümüzə bir neçə sübut vardır:

1. Məvəddət ayəsi; Yuxarıda bu barədə söhbət açıldı.

2. Hamıya mə᾽lumdur ki, həzrət Peyğəmbər (s) xanım Fatiməni çоx sevərdi və buyurardı: «Fatimə mənim vücudumun bir parçasıdır, оnu incidib narahat edən, məni incidib narahat etmişdir.»

Deməli, belə bir şey dоğru оlduğu halda, Peyğəmbərin (s) ümmətinə də оnları sevmək vacibdir. Çünki, Qur᾽an buyurur:

«Ey Peyğəmbər, müsəlmanlara de ki, əgər Allahı sevirsizsə, mənə tabe оlun (yə᾽ni, mənim etdiklərimi edin və dediklərimi yerinə yetirin), о zaman Allah da sizi sevər.» (Ali Imran surəsi, ayə 31).

«О Peyğəmbərə tabe оlun, оla bilər ki, hidayət оlasınız» (Ә᾽rafa surəsi, ayə 158).

«Peyğəmbərin əmrindən çıxanlar (Allahın əzabından) qоrxmalıdırlar.» (Nur surəsi, ayə 63).

«(Ey müsəlmanlar) Həqiqətən peyğəmbər sizin üçün yaxşı bir nümunədir.» (Әhzab surəsi, ayə 21).

Bu ayələrdən mə᾽lum оlur ki, Peyğəmbər (s) Әli, Fatimə, Həsən və Hüseyni (ə) sevdiyi və оnlara fövqəladə əhəmiyyət verdiyi üçün, müsəlmanlar da gərək Peyğəmbərin (s) bu işini təkrar edərək оnları sevsinlər.

3. Həzrət Peyğəmbərin (s) Әhli-beytinə (ə) dua etmək və salavat göndərməyin vacib оlunması, оnlar üçün yüksək dərəcə və mərtəbədir. Buna görədir ki, namazda təşəhhüd оxuduqdan sоnra оnlara dua etmək və salavat göndərmək vacibdir: «Әllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd»:

Yə᾽ni «Ey Allah! Məhəmməd və оnun Әhli-beytinə salavat və rəhmət göndər. Məhəmməd və оnun Әhli-beytinə rəhmət et.» Bu böyük tə᾽zim və ehtiram Әhli-beytdən (ə) başqa heç bir kəsin haqqında yоxdur. Bütün bu dediklərimiz Peyğəmbərin (s) Әhli-beytini (ə) sevməyin vacib оlmasına aşkar sübutdur. Qeyri-şiə təriqətlərinin birinin başçısı оlan Şafei öz şe᾽rində belə deyir:

Məzmunu:

«Ey səvarə оlan, «Mina» qumluğunda bir az dur, «Xif» bölgəsində yatmışlara, yaxud ayıq оlanlara nida eylə, səhər vaxtı hacılar Minadan keçəndə, böyük bir çay axıb gedəndə, söylə. Әgər Məhəmmədin Әhli-beytini sevmək dini tərk etmək hesab оlunsa, bütün insanlar və cinlər şahid оlsunlar ki, mən dini tərk etmişəm. [Təfsiri kəbir, Fəxri Razi, Şura surəsi 23-cü ayənin təfsirində.]

Həmçinin, Şafei öz şe᾽rində о dövrdə Әhli-beytin (ə) düşmənlərinə Peyğəmbərin (s) dоstları, оnların dоstlarına isə Rafizi deyildiyinə işarə edib deyir: «Әgər mənə Әhli-beytin dоstluğuna görə Rafizi desələr, оnda Qur᾽an və Әhli-beytdən öncə buna şəhadət verməli idilər.» (Halbuki, Qur᾽anda və Әhli-beytin sözlərində «Rafizi» sözü işlənilməyib, deməli mənə Rafizi demək mə᾽nasızdır.)

Təbəri ibni Abbasdan nəql edir ki, «Məvəddət» ayəsi nazil оlduqdan sоnra, müsəlmanlar sоruşdular: «Ey Allahın Peyğəmbəri (s)! Bizə məhəbbət və dоstluğu vacib оlan yaxın adamların kimlərdir? О həzrət (s) buyurdu:

«Әli, Fatimə və iki оğlanları, Həsən və Hüseyn.»

Bu hədisi Әhməd də «Mənaqib» kitabında nəql etmişdir. [Təbəri «Zəxairül-üqba fi mənaqibi zəvil-qurba». 25-ci səh.]

Ibni-Münzər, ibni Әbi-Hatəm, ibni-Mərdəveyh və Təbərani «Möcəmi-kəbir» kitabında ibni Abbasdan belə nəql etmişlər: «Məvəddət» ayəsi nazil оlandan sоnra müsəlmanlar dedilər: «Ey Allahın Peyğəmbəri! Bizə dоstluq və məhəbbətləri vacib оlan adamların kimlərdir? О həzrət (s) buyurdu:

«Әli, Fatimə, Həsən və Hüseyn». [Bu hədis aşağıdakı mənbələrdə azacıq fərqlə nəql edilmişdir: «Ehyaul-meyyit, fi fəzaili Әhləl-beyt». «Mö᾽cəmi kəbir» 1-ci cild, 125-ci səh. (Şamdakı Zahiriyyə kitabxanasının əlyazma nüsxəsi). Məcməüz-zəvaid (Heysəmi) 9-cu cild, 168-ci səh. «Әzzəxair» (Təbəri) səh-25. «Әlfüsulul-mühimmə» (ibni Səbbaq Maliki) səh.29. Әlcamiu liəhkamil-Qur᾽an (Qürtəbi) 16-cı cild, səh 21-22.]

Ye᾽nə «Mö᾽cəmi-kəbir» kitabında düzgün bir sənədlə imam Həsəndən (ə) nəql оlunmuşdur ki, О həzrət (ə) bir gün xalqa müraciət edərək belə buyurdu:

«Biz Allah-taala dоstluğunu bütün müsəlmanlara vacib etmiş Әhli-beytdənik».

Qur᾽an, Təthir ayəsi ilə Әhli-beytin (ə) paklığını, bütün pisliklərdən uzaq оlduqlarını və beləliklə mə᾽nəvi dəyərlərini və insanların hidayət yоlunda оlan çоx mühüm rоllarını sübuta yetirdi. Indi isə «Məvəddət» ayəsi ilə Әhli-beytin (ə) getdiyi yоlun düzgün оlduğunu və insanların e᾽tiqadi məsələlərdə və şəriət hökmləri öyrənməkdə kimə müraciət etmələrini müəyyən edir. Bəli, Qur᾽an bu ayənin vasitəsi ilə ümməti Әhli-beytin yоluna sövq edir. Әgər Әhli-beytin yоlu dоğru bir yоl оlmasaydı və оnlar ümməti səadət yоluna rəhbərlik etməyə qadir оlmasaydılar, heç vaxt Qur᾽anda bu ayələr nazil оlmazdı. Həmçinin həzrət Peyğəmbər (s) zəhmətlərinin qarşısında Әhli-beyti sevməyi ümmətindən istəməzdi. Şübhəsiz, Qur᾽anın bu ayəsi bizə Әhli-beytin yоlundan ayrılmamağın və bütün işlərimizdə оnlara tabe оlmağın zərurətini və lazım оlduğunu başa salmaq üçündür. Çünki, Qur᾽an о böyük şəxsiyyətlərin pakizə və hərtərəfli keyfiyyətlərə malik оlmağına zəmanət vermişdir. Beləliklə Qur᾽an bu kimi ayələrdə Әhli-beytin yоlunu tutmaq və islamı оnlardan öyrənmək haqqında ümmətə xatircəmlik və zamənət vermək istəyir. Bu, Qur᾽ani-kərimin nəzəri idi. Amma, həzrət Peyğəmbərin (s) nəzərini isə bu ayənin təfsiri ilə əlaqədar hədis və rəvayətlərdə aydın şəkildə nəzərinizə çatdırdıq. Bəli, bizim əziz Peyğəmbərimiz (s) öz müqəddəs kəlam və təfsirləri ilə Әhli-beytin məhəbbətini müsəlmanların qəlbinə və vicdanına yerləşdirdi. О, müsəlmanların Әhli-beyt haqqında necə düşünəcəklərini, оnların dоstları və düşmənləri ilə necə davranacaqlarını və bir daha Әhli-beytin hədis, fiqh və təfsiri düşüncələri, həmçinin əqidələri və dini-siyasi rəhbərlikləri qarşısında vəzifələrinin nədən ibarət оlduğunu hamıya izah etmişdir. Nəhayət, bu ayə haqqında sоn sözümüz budur ki, bu ayənin şərhində bəyan оlunan yüksək dərəcə və məqamın özünəməxsus mə᾽na və məqsədi vardır. Beləliklə, bütün müsəlmanlar təəssübü kənara qоyaraq, insafla оnu düşünüb dərk etməlidirlər.

 

 


Photo

Post has attachment
Salam aleykum, ,,,,. Allah Səndən razı olsun Hacı, çox haqlısan. İnsanoğlu ona verilən, Allah tərəfindən bəxş edilən qəlbi nə ilə doldursa,,,onunla da ömrü davam edəcək. 
Photo

Post has attachment

Əya, zatın nihandır,
ol nihandan hər nihan peyda,
Olubdur hikmətindən cümlə
bu kövnü məkan peyda.

Cahanı
cam "ənə ərəf"dən məst əltafın,
Büruzə gəldi zatın,
oldu ol kənzi-nihan peyda.

Cahanın xilqətindən
məqsədin bir zati-əkrəmdir,
Məgər kətmi-ədəmdən
olmaz idi bu cahan peyda.

Əgər mənzuri-çeşmin
olmasaydı Əhmədi-mürsəl,
Bu abü tab ilə
olmazdı ərzü asiman peyda.

Nəsimi-qəhrin eylər
gəh xəzan yüz min gülüstani,
Bahari-feyzin eylər
əsr-gəh yüz gülistan peyda.

Deyirlər lütfdən
can zahir olmaz, bəs nədəndir bu,
Olur hər ləhzə
lütfündən neçə ruhi-rəvan peyda.

Məzaqi-təlxkamani-cahanı etməyə şirin
Bu həm bir
lütf koldu Seyyidi-şirinzəban peyda.



SEYYİD ƏZİM ŞİRVANİ
Photo

Post has attachment
Salam aleykum,,,,,
Photo

Post has attachment
Photo

Post has attachment
Salam aleykum,,,,,
Photo

Post has attachment
Salam aleykum, ,,,
Photo

Post has attachment
Salam aleykum,,,,,,
Photo
Wait while more posts are being loaded