Post is pinned.Post has attachment
Nimdaş təsəllidir indi nə desəm,
Uzaq xatirəyə çatmayır əlin
Tütünə bükülmüş kağız kimisən,
Yanırsan, tüstün də acıdır sənin...

Qayğısız günlərdən sənə nə qaldı?
Yaxşını yamandan indi ayır sən...
Sənin yaşıdların uşaqlı oldu,
Hələ də özünü uşaq sayırsan...

Elə bağladın ki, könlünü o vaxt,
İndi pas tutubdur aça bilmirsən...
Uçulub gözəllik dediyin o taxt
İllərin əlindən qaça bilmirsən...

Səni gör bir hara aparır illər,
Geriyə qayıtmaq ümidsiz yoldu
Yaxın sirdaşların uçub getdilər,
Kiçik bacıların rəfiqən oldu...

Anan baxa bilmir evə-eşiyə
Yığılıb qalıbdır cehizin sənin
Əhdinə vəfalı olmadın, niyə?
Barı bir ürəkdə olaydi yerin.

Daha kəsilibdir, o vaxtki zənglər
Bükülü xalçanı güvələr yeyir.
Büllur stəkanlar,
Büllur qədəhlər,
Kişi dodağına dəymək istəyir.

Nə sevgilin yoxdu, gözləyə səni
Nə məktub yazan, sən gözləyəsən...
Sevdalı günlər də qayıtmır geri,
Sıxıb ürəyinə əzizləyəsən...

Ömrü belə verib, bu yaşda, sində
Yalan xəyallara dalmaq çətindir...
Köhnəlmiş, qat kəsmiş cehiz içində
Əlləri qoynunda qalmaq çətindir...

/Nüsrət Kəsəmənli/
Photo

Post has attachment
Gəl görüşək son dəfə,
Bəlkə bir də dönmədim.
Ömür qısa, yol uzun,
Bəlkə gələ bilmədim.

Sənsiz qürbət ellərdə,
Bilmirəm nə edəcəm.
Həsrətin ürəyimdə,
Gözlərimdə gedəcəm.

Dönüşümü gözləmə,
Çətin bir də qovuşaq.
Arxamca da səsləmə,
Sakitcə sağollaşaq.

Danışma gəl nə olar,
Səsini eşitməyim.
Qorxuram eşidərsəm,
Sonra gedə bilmıəyim.

Səssizcə dur qarşımda,
Sadəcə bax gözümə.
Dünyalar dağılsa da,
Heç zaman sən üzülmə.

Əlini uzat mənə,
Bir az tutum əlindən.
Sonra bir az saçını,
Oxşayım lap həzindən.

Gəldi ayrılıq vaxtı,
Budur artıq gedirəm.
Get-gedə uzaqlaşıb,
Uzaqlarda itirəm.

/Şahin İsmayılov/

#Şeir
Photo

Post has attachment
Ayrılıb getdiyin o gündən bəri
Yollara baxıram sənsiz.
Hələ də qəlbimdə boş qalıb yerin,
Yaman darıxıram sənsiz...

Sən məni elə bir oda salmısan,
Yanıb-yaxılıram sənsiz.
Bilmirəm sən harda qalmısan,
Yaman darıxıram sənsiz...

Sənsiz nə həyat var, nə göy, nə dəniz,
Sən mənə hamıdan əziz.
Biri-birimizçün yaranmışıq biz,
Yaman darıxıram sənsiz...

Ən şirin sözlər də dəyir xətrimə,
Özümdən çıxıram sənsiz.
Qayıt gəl, sən Allah, mənim xətrimə,
Yaman darıxıram sənsiz...

Bir yerdə bircə an qərar tutmuram,
Su kimi axıram sənsiz.
Gecələr el yatır, mənsə yatmıram,
Yaman darıxıram sənsiz...

Sənsiz nə həyat var, nə göy, nə dəniz,
Sən mənə hamıdan əziz.
Biri-birimizçün yaranmışıq biz,
Yaman darıxıram sənsiz...

/Baba Vəziroğlu/
#Şeir
Photo

Post has attachment
Zamanin əlləri omrumu sixdi
Darixdim hec səni cagirmadim mən
Sanmaki unutdum yadimdan cixdi
Darixdim hec səni cagirmadim mən.
Bir anda bukuldu qeddim qamətim
Bir gundə incidi bextim qismətim
Bir gece aglatdi yaman həsrətin
Darixdim hec səni cagirmadim mən.
Gozumdən gozunə yollarda qaldim
Bir sirin nagilda sonlarda qaldim
Xəzan yarpagiyam kollarda qaldim
Darixdim hec səni cagirmadim mən.
Photo

Post has attachment

Post has shared content
Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər...
Photo

Post has attachment

Post has attachment

Post has attachment
Dünyanın ən hündür zirvəsi mənim gözlərimdir. Çalışın ordan düşməyəsiz...
Photo

Post has attachment
Wait while more posts are being loaded