Post is pinned.Post has attachment
Photo

Post has attachment
Allahı çağırsanız, O sizin dualarınıza cavab verər.Ancaq Allahdan qeyrisini (ölülərdən kömək diləsəniz yəni)çağırsanız sizə cavab verməzlər.Buna qadir belə deyillər! 
Photo

Post has attachment
Photo

Post has attachment
Photo

Post has shared content

Post has attachment
Photo

✅Novruz dini məsələ deyil, sadəcə baharı qarşılamaqdır - deyənlərə qısa cavab!✅

1⃣ Bəzi "Hacı" və "məşədi" və s. ləqəbləriylə insanları aldadıb "Novruz bayramı" dini məsələ deyil, sadəcə baharı qarşılamaqdır - deyənlərə birinci tövsiyyəmiz odur ki, Allahdan qorxsunlar! İnsanları aldatmasınlar! Uca Allah buyurmuşdur:

«Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.» (Nəhl, 116)

2⃣ Əhli Sünnə elə insanlara İslamın gözəlliyini çatdırmaq istəyir və insanların şəriətə müxalif olmayan adətlərinə qarşı deyil. Amma, o adətlərdə ki, şirk, küfr və ya günah elementləri var, buna bilə-bilə göz yumub "icazəlidir" deyənlər Allahın bu ayəsini xatırlasınlar:

«Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların etdikləri necə də pisdir!» (Əl-Maidə, 79)

3⃣ Novruz bayramında tonqal üzərindən tullanmaqla baharı qarşılayanlara necə təəcüblənməyək ki, odpərəstlik açıq-aydın İslama zidd olduğu halda, buna hətta İslam donu geyindirənlər də tapılır. Od üzərindən tullanmaq adəti: tonqal üzərindən tullananlar etiqad edirlər ki, ağırlığı-uğurluğu odda yanacaq. Halbuki, bu İslama ziddir. Üstəlik də Allah Rəsulunun bu hədisini unudurlar (Allahın Ona salavatı və salamı olsun) «Kim özünü hansı qövmə bənzədərsə, o da onlardandır.» (Əbu Davud, libas, 3512)

Təbii ki, ağıllı bir insan gərək özünün oda sitayiş edənlərə oxşamasından razı qalmasın. Əsli odpərəstlərin adətindən olan bir adətə "baharı qarşılayırıq" bəhanəsini gətirməsin.

«Özünü odpərəstlərə oxşatmaq» demək heç də insanları odpərəst və ya məcusi adlandırmaq deyil. Sadəcə məsələnin necə təhlükəli olmasını bildirməkdir.

4⃣ İslamda cəsusluq haramdır. Amma, nədənsə novruz bayramının müəyyən günlərində qapı pusub cəsusluq etməyi halallaşdıran bir adətə İslama müxalif olmayan bahar bayramı deyir bəzi insanlar. Allahu Təala buyurmuşdur: «Bir-birinizi güdəməyin» (Hucurat surəsi, 12) Belələri isə bu adətlərdə problem görmürlər. Şübhə yoxdur ki, Allah doğru söyləmiş, onlar isə özlərini aldatmışlar.

5⃣ İslamda fala baxmaq haramdır.

Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: «Kim falçı yanına gedərək ondan bir şey soruşarsa, onun qırx gün namazı qəbul olunmaz.» (Muslim, 2230)

Həmçinin, (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur:

«Kim bir falçı yanına gedər və onu təsdiqləyərsə, artıq o Məhəmmədə (Allahın ona salavatı və salamı olsun) nazil olana qarşı küfr etmiş olar.» (Əbu Davud, 621)

"Fala baxmaq" isə novruz bayramında edilən çirkin əməllərdən olsa da bunda "dini cəhətdən problem görməyən" dırnaqarası din xadimləri buna da bir üzür taparlar yəqin. Onlara sual veririk ki, budurmu dünyəvi olub dinə təsiri və aidiyyatı olmayan, insanları xurafata aparmayan "dünyəvi" bahar bayramı? Lakin, adətlərini incələdikdə dinə nə qədər zidd olduğu bütün çılpaqlığı ilə ortaya çıxan "bahar bayramı"...

Bu çirkin əməllərin siyahısını uzatmaq olar.

Bir də Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) Mədinəyə gəldikdə Novruz və Mehrican bayramlarını qeyd edənləri görsə də, onlara demədi ki, düz edirsiniz! Əksinə, onlara dedi ki, Allah sizin üçün bu iki günü daha xeyirlisi, Qurban və Ramazan bayramı ilə əvəz etmişdir.

Hədis belədir: «Ənəs (Allah ondan razı olsun) dedi: Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) Mədinəyə gəldikdə onların şənləndikləri iki gün var idi. O dedi: «Bu iki gün nədir belə?» Dedilər: «Cahiliyyə dövründə bu iki gündə şənlənirdik.» Allah Elçisi buyurdu: «Həqiqətən də Allah sizin üçün bu iki günü daha xeyirli iki gün olan Qurban və Ramazan bayramı ilə əvəz etmişdir.» (Əbu Davud, 1134; Əhməd, 3/103)

Hədis şərhçiləri həmin Ramazan və Qurban bayramı ilə əvəz edilən iki günün Novruz və Mehrican günləri olduğunu qeyd etmişlər.

Allahdan istəyirik ki, bizi nəfsinə uyub haqqı görməkdən məhrum olanlardan etməsin! Allahdan istəyirik ki, xalqımıza hidayət versin, xalqımızın sülh və əminamanlıq nemətini daim qorusun!

➖➖➖➖➖➖➖➖➖
Yazdı: Sahib Əsədov

Post has attachment

Post has attachment
Photo

Post has attachment
Photo
Wait while more posts are being loaded