Post has attachment
Аşura qiyamının tarixi kökləri

(birinci hissə)

Çoxlarının zənn etdiyinin tam əksinə olaraq, Kərbəla faciəsinin hərəkətverici amilləri öz-özünə və qəflətən meydana çıxmamışdır. Onun daha dərin köklərini axtarmaq üçün Həzrət Məhəmməd Peyğəmbərin (s) dövrünə müraciət etməliyik. Doğrudur, İmam Hüseyn (ə) hərəkatı hicri 60-cı ilin rəcəb ayında - Müaviyyənin vəfatından dərhal sonra başlamış və hicri 61-ci ilin məhərrəm ayına kimi təqribən altı ay sürmüşdür. Lakin Müaviyənin ölümü ilə İslam aləmində vəziyyət heç də qəfildən dəyişmədi. Bu ölüm çox-çox əvvəl başlamış hadisələr zəncirinin növbəti halqasından başqa bir şey deyildi. Hadisələr zəncirinin nisbətən daha yaxın dövrəsi isə Aşuradan 30 il əvvəl – Osman ibn Affanın zamanında başlamışdı.

Osman hicri 24-cü (miladi 644-cü) ildə hakimiyyətə gəlib, hicri 35-ci (miladi 656-cı) ilin sonlarında qətlə yetirildi. Onun xilafət müddətinin ikinci yarısında İslam dövlətinin vəziyyəti dəyişməyə başladı. Peyğəmbərin zamanında insanlara İslam hökmləri çərçivəsində iradə və fəaliyyət azadlığı verilmişdi. Sıravi əsgər sərkərdənin, rəiyyət hakimin, qul ağanın nöqsanlarını söyləyib onu doğru yola dəvət edə bilirdi. Peyğəmbər müsəlmanları bu ruhda tərbiyə edirdi. Xəlifələr Əbu Bəkr və Ömər ibn Xəttabın dövründə, Osman ibn Əffanın xilafətinin ilk illərində də bu ənənələrə bu və ya digər dərəcədə riayət olunurdu. Lakin hicri 30-cu illərin əvvəlindən xilafətdə Allahın deyil, xəlifənin iradəsi və rəyi üstünlük qazanmağa başladı. Müsəlmanlardan hər hansı biri Allahın əmrlərini pozub dini hökmlərə arxa çevirirdisə, amma bununla belə, xəlifənin tələblərini yerinə yetirib onun hökumətinə yararlı olurdusa, hörmət-izzət qazanır, yüksək məqama çatırdı. Əksinə, mömin bir şəxs haqqı söyləməklə xəlifənin, eləcə də onu əhatə edən münafiq və ikiüzlü əyanların mövqeyinə qarşı çıxırdısa, əziyyətlə üzləşirdi. Hər kəs istədiyi vaxt ilahi hökmləri poza bilərdi. Onun cəzadan amanda qalması üçün əyanlardan biri ilə qohum olması, yaxud rüşvət verməsi kifayət edirdi. Günah-karlar cəzalandırılmır, alınmış haqlar sahibinə qaytarılmırdı.

Osmanın xilafət illərində Əmmar ibn Yasir kimi böyük səhabə hökumətin eyiblərini və dövlət başçılarının ədalətsizliyini söylədiyinə görə qəddarcasına döyüldü. Əbuzər eyni “günah” ucbatından səhraya sürgün edilib, orada yalqızlıq içində can verdi. Malik Əştər, Səsəə ibn Suhan, Kumeyl kimi şəxsiyyətləri Şama sürgün etdilər. Əksinə, Müaviyə, Mərvan, Müğeyrə, Vəlid, Əmr ibn As kimi münafiqlər vəzifə qazandılar, hətta başqalarının da haqqını qəsb etməyə cəsarət tapdılar.

Osman hələ hicri 27-ci (miladi 647-ci) ildə Afrikanın fəthindən əldə edilmiş qənimətin xümsünü - yəni 500 min dinar qızılı öz kürəkəni və vəziri Mərvan ibn Həkəmə bağışlamışdı. Vaxtilə Həzrət Fatimədən (ə) zorla alınmış Fədək bağı da Mərvana verildi. Xəlifənin süd qardaşı, Kufə valisi Vəlid ibn Əqəbə sərxoş halda məscidə gəlib camaat namazına başçılıq etdi. Xilafətin aparıcı simaları, vəzifə sahibləri, əmirlər və valilər cah-cəlala, təm-təraqa uydular. Əvvəllər uca və yaraşıqlı binalar tikmək, bahalı libaslar geymək, iri mal-qara sürüləri saxlamaq bəyənilməz iş sayılırdısa, tədricən fəxr və fəzilət hesab edilməyə başladı. İnsanlara vəzifələrinə, sərvətlərinə və əsil-nəsəblərinə görə qiymət verildi.

Məşhur tarixçi Məsudi “Mürucüz-zəhəb” kitabında hicri 30-cu illərin əsas siyasət və dövlət adamlarının yaşayış tərzi, həyat şəraiti haqqında ətraflı məlumat verir. Həmin kitabdan aydın olur ki, bəzi hədislərdə “cənnətlə müjdələnmiş” elan edilən (əşəreyi-mübəşşərə) 10 səhabənin bəzilərinin zahidanə yaşayışı barəsində rəvayətlər əslində uydurma imiş. Onların həyatını öyrənməklə, yaşadıqları dövrün ab-havasına, ictimai-siyasi mühitinə bələd ola bilərik.

“Mürucüz-zəhəb” kitabından aydın olur ki, Osman qətl olunarkən qoyub getdiyi miras 150 min qızıl dinar və bir milyon gümüş dirhəmdən ibarət imiş. Onun Vadiyül-Qüra, Hüneyn və sair məntəqələrdəki mülkiyyətinin dəyəri 100 min qızıl dinardan artıq idi. (Əlbəttə, mal-qara və dəvə sürüləri bura aid deyildi). Təlhə yalnız İraq ərazisindəki mülklərdən gündə min dinar qazanc götürürdü. Zübeyr ibn Əvvam özündən sonra təqribən 60 milyon dinarlıq torpaq sahələri qoyub öldü. Onun Mədinədə 11, Bəsrədə 2, Kufə və Misirdə bir evi var idi. Qurani-kərimi toplayıb vahid kitab halına salmış komissiyanın başçısı Zeyd ibn Sabit ölərkən o qədər var-dövlət qoymuşdu ki, qızıl-gümüş külçələrini balta ilə parçalayıb varislər arasında bölmüşdülər.

“Ərəb millətinin Qarunu” ləqəbini almış Əbdürrəhman ibn Ovfun (o da əşəreyi-mübəşşərədən biri idi) heyvan sürüləri min baş dəvə və on min baş qoyundan ibarət idi. Əbdürrəhmanın dörd həyat yoldaşı və xeyli övladı var idi. Əbdürrəhman öləndən sonra həyat yoldaşlarından hər biri 84 min qızıl dinar həcmində mirasa sahib oldu. İslam qanunlarına görə, övladlı kişi ölərkən, malının səkkizdə-bir hissəsi həyat yoldaşına verilir. Əgər həyat yoldaşlarının sayı bir nəfərdən artıq olarsa, səkkizdə-bir pay onların arasında bərabər bölünür. Beləliklə, Əbdürrəhman ibn Ovfun həyat yoldaşlarından hər biri onun mirasının 1/32 hissəsini almalı imiş. Bu hesabla, Əbdürrəhman ibn Ovfun daşınan əmlakı təqribən 2 milyon 700 min qızıl dinardan ibarət imiş.

Photo

Post has attachment

Post has attachment
Photo

Post has attachment

Post has attachment

İmam Əli (ə) (Münacatda): «Ey Məbud! Hər şeydən qopmağı və tamamilə Özünə üz tutmağı mənə nəsib et. Qəlblərimizin gözlərini Sənə baxışların nuru ilə işıqlandır ki, qəlblərin gözləri nur pərdələrini bir-birindən ayırsınlar və əzəmət mədəninə qovuşsunlar. Bizim canlarımız Sənin müqəddəs izzətinə birləşsinlər.»(İqbalul Əmal, c. 3, səh. 299 )

Post has attachment
" Şərəfsiz erməni Azərbaycan və Türk bayrağın ayağ altına atıb lənət gəlmiş "
Photo

İmam Baqir (ə) buyurmuşdur: Allah taala Şüeyb peyğəmbərə vəhy edərək buyurur: Sənin qövmündən yüz min nəfər adamı əzab edəcəyəm ki, onlardan qırx min nəfəri günah əhli, altımış min nəfəri isə yaxşı adamlardır.Həzrət Şüeyb peyğəmbər (ə) təəccüblə dedi: Ey mənim Pərvərdigarım! “Günah əhli olan qırx min nəfəri əzab etmək istədiyini başa düşdüm, amma yaxşı adamları niyə?”Allah taala ona vəhy edib buyurdu: Çünki onlar günah əhli ilə saziş və pis əməllərinin üstünü ört-basdır edirlər. Mən qəzəbləndiyim işlərə, onlar qəzəblənmir.

(Azərəxşi digər əz asimane Kərbəla, səh. 103)

Post has attachment

Post has attachment
Wait while more posts are being loaded