Post is pinned.Post has attachment
Salam əleykum , sabahiniz,xeyir olsun🌷🌷🌷🌷🌹🌹🌹
Photo

Post has attachment
DİNİ SUAL CAVAB

💛 3. SUAL
Cənnətin qapısının adı nədir?
Photo

Post has attachment
İlahi bizlərə Kərbəla ziyarətini nəsib eyle.Amin.
Photo

Post has attachment
Hz Imam Səccad ə.s. əsir ola-ola atasi hz Imam Hüseyn e.s.defn etdi.

Məsumların (ə) həyatı sirlərlə və
möcüzələrə dolu olan bir
həyatdır. "Gözlər və onların görmə
qabiliyyəti Onu dərk etməz və O,
gözləri və görmələri dərk edər. O,
lətif və xəbərdardır” . ("Ənam”
103).
Əlbəttə, o kəslər ki, pakdırlar və
qəlbləri hər cür xata və günahdan
məsumdur, dünyanın çox sayda
həqiqətlərini görməyə qadirdirlər.
İlahi peyğəmbərlər (ə), İmamlar (ə)
və övliyalar o kəslərdir ki, mənəvi
məqamlarına görə bu səlahiyyətə layiq olmuşdular. Mütləq varlığın feyzindən bəhrələnmişdilər.
Möcüzə elə bir şeydir ki, başqaları onu yerinə yetirməkdə aciz olurlar. Peyğəmbərlərdən (ə)
sonra möcüzə etmək səlahiyyəti İmamlara (ə)verilmişdir ki, bu da kəramət adlandırılır. Onlar
Həzrət Muhəmməd (s) həqiqətindən
qaynaqlandıqları üçün cəddlərinin bütün xüsusiyyətlərinə malik idilər. İki haldan başqa: 1.Nübuvvət məqamına malik deyildirlər. 2. Həyat yoldaşlarının sayı məhdud idi.Bəşər onların dərk etdiyi həqiqətləri dərk edə bilməz. Çünki buna tutumu yoxdur.İmam Rza (ə) Əbu Həmzə ilə müzakirə zamanı
buyurmuşdur: "Mənə de görüm, Hüseyn ibni Əli (ə) imam idi?”. Əbu Həmzə deyir: "Bəli”. İmam
(ə) buyurur: "Bəs onu kim dəfn edir?”. Deyir: "Əli ibni Hüseyn (ə)”. İmam (ə) buyurur: "Əli ibni
Hüseyn (ə) harada idi?”. Deyir: "Kufədə İbni Ziyadın zindanında həbsdə idi. Ancaq onların
xəbəri olmadan Kərbəlaya gəlir və atasını dəfn edir. Sonra da zindana qayıdır”. İmam Rza (ə)davamında buyurur: "O kəs ki, Əli ibni Hüseynə
(ə) Kərbəlaya getmək üçün qüdrət verib, mənə də o qüdrəti verib ki, Bağdada gedib atamı
dəfn edim. Halbuki nə zindandayam, nə də
əsir” .Bəli, İmam Səccadın (ə) Kərbəlaya gəlişi möcüzəli
bir hadisə idi. Ancaq Allah Təala Məsum İmamlara (ə) elə bir qüdrət vermişdir ki, belə
işləri görə bilsinlər. Bəni-Əsəd tayfası öz ölülərini
müəyyən edə bilmirdilər. Çünki hamısının başı kəsilmiş və bədənləri üzərindən at çapdırılmışdır.Sonra da nizələrlə bədənləri parçalanmışdır. Ona
görə də çox nigaran halda idilər. Qorxu içində ölülərini dəfn etməyə cəhd edirdilər, bir-birindən
soruşub tanımağa çalışırdılar. Ancaq tanıya bilmirdilər. Bundan başqa İmamın (ə) ora gəlməsi
ona görə lazım idi ki, Məsum İmamı (ə) ancaq Məsum dəfn edə bilərdi.
Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, atası ona belə vəsiyyət etmişdi: "O zaman ki, mən
dünyadan getdim, səndən qeyrisi mənə qüsl verməsin. Çünki İmama, İmamdan başqası
qüsl verməz” .Bəni-Əsəd uzaqdan gələn atlını görən zaman
bərk qorxdular və onu düşmən zənn etdilər. Ona görə də gizləndilər. Ancaq İmam (ə) yaxınlaşan
zaman hamı onun ətrafına toplaşdı. İmama (ə)başsağlığı verdilər və ona xidmət etmək
istədiklərini bildirdilər. İmam (ə) əvvəl Bəni-Haşim, sonra ənsar və səhabələrdən olan
şəhidləri bir-bir tanıtdı və sonra da qətlgaha tərəf yollandı. Üzünü atasının kəsilmiş damarlarına
qoydu. Çox ağladı. Bir addım geridə olan torpağı araladı və qəbir düzəltdi. Atasını orada dəfn etdi.
Bu dünyada olan hər bir şey Allahın iradəsindən
asılıdır. Bu Allah idi ki, İbrahimə atəşdən nicat
verdi və atəşdən qönçələr yaratdı. Bu Allah idi ki,cansız bir çubuğu əjdahaya çevirdi. Ya da
sonuncu Peyğəmbərini (s) meraca apardı. Bəli,belə bir Qadir Allah İmam Səccadı (ə) İbni Ziyadın
zindanından çıxardıb Kərbəlaya gətirdi ki, Məsum atasını dəfn etsin. .
Photo

Post has attachment
Photo

Post has attachment
Allahummə səlli əla Muhammədin və ali Muhamməd və accil fəracahum.
Ya Mövla Ya Məhdi edrikni.
Məhərrəm ayının 29-cu günü - 20 oktyabr
Əsirlər karvanının Şama yaxınlaşması.
Bu gün Əhli-beyt (ə) əsirləri Şamın ətraf məntəqələrinə çatdı. İbrahim ibn Təlhə ibn Abdullah irəli gəlib İmam Zeynul-Abidinə (ə) yaxınlaşdı və Cəməl müharibəsindən ürəyində qalan sağalmaz yaraların kinini üzə çıxarıb dedi:
Gördünmü qələbə kimə nəsib odlu?!
Həzrət (ə) buyurdu:
Kimin qalib olduğunu bilmək istəyirsənsə, namaz vaxtını gözlə, azan və iqamə oxunanda biləcəksən ki, kimin adı qiyamətə qədər əbədi qalacaq.
“Təqvimuş-şiə”, səh. 38
Photo

Post has attachment
HZ DAVUD PEYĞƏMBƏRƏ VERİLƏNLƏT


1. Dağlar və quşlar onunla birlikdə ALLAHI zikr edir.
📗(Sad, 17-18; Səbə, 10)

2. Ona və oğluna quşların məntiqi öyrədilib.
📕(Nəml, 16)

3. Hikmət və elm, hökm vermək qabiliyyəti bəxş edilib.
📘(Sad, 20)

4. İlahi kitablardan biri olan Zəbur verilib
📔(Bəqərə, 251; Nisa, 163; İsra, 55)

Zəbur – ağır dəmir plakatlara verilən addır. Həcimcə ağır və daşıdığı mesajlara görə dəyərli, silinməyən özəlliyi olan qeydlər üçün istifadə olunur. Zəbur, müfəssirlərimizdən Rağıb əl-İsfahaninin fikrinə və Tabərinin Ənbiya surəsi 105-ci ayənin təfsirində verdiyi məlumata görə içərisində qanunların deyil, hikmətin olduğu əsərlərə verilən ümumi addır.
Zəbur haqqında bütün təfsilat bizə bildirməsə də Rəbbimiz Zəburda olan bir ayəni Quranda bizə bildirir: “Ərzə yalnız saleh qullarım mirasçı olacaqlar”
📙(ən-Nisa, 163; əl-İsra,55.)
Photo

Post has attachment
Photo

Post has shared content

Post has attachment
MUBARƏK QURANİ KƏRİM


Göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) ALLAHın həqiqi mülküdür. Qəlbinizdə olanı (qeyri-ixtiyari fikir və adətlər deyil, pis əqidələr və yaramaz adətləri) aşkar etsəniz də gizlətsəniz də ALLAH sizinlə onun hesabını aparacaqdır. Beləliklə, (rəhmətinin tələbi əsasında) istədiyini bağışlayacaq, (ədalətinə əsasən) istədiyinə əzab verəcəkdir. ALLAH hər şeyə qadirdir.

ALLAH heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur. Kim nə xeyir iş görübsə öz xeyrinə, nə pis iş görübsə öz ziyanınadır. (Möminlər deyirlər:) «Ey Rəbbimiz, əgər biz unutsaq, ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, (günahlarımızın cəzası olaraq) ağır vəzifələr yükünü bizdən əvvəlkilərin boynuna qoyduğun kimi bizim (də) boynumuza qoyma! Ey Rəbbimiz, (axirət əzabı kimi) taqətimiz çatmayan şeyləri bizə yükləmə, bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim mövlamızsan, odur ki, bizə kafirlərin dəstəsi üzərində (qələbə çalmağa) kömək et».
📗(Bəqərə Sürəsi 284.286)
Photo
Wait while more posts are being loaded