Profile

Cover photo
SəhərTV Azeri
Works at SəhərTv
Attends Baku State University
Lives in Baku
351 followers|283,703 views
AboutPostsPhotosYouTube+1's

Stream

Story
Tagline
Arabsat(Badr) Frekans: 12303 SR: 27500, P: H Express AM22 Frekans: 12582 Sumbol Rate: 24000 (24 MS/S) FEC: 2/3 Polarity : Vertical
Introduction

Azəri telekanalının təsis olunma tarixi

Səhər Beynəlxalq Telekanalının Azəri redaksiyası 6 noyabr 1992-ci ildə təsis olundu.
İranın bu televiziyası SSRİ-nin süqutundan sonra Qafqaz müsəlmanlarının gündəlik beynəlxalq məsələlər və İslamın əsil mədəniyyətindən günü-gündən artan düşüncə və mədəni ehtiyaca görə doğru və dəqiq məlumatlar əldə etmələri üçün yaradıldı. Beynəlxalq Səhər kanalının Azəri televiziyası 1997-ci ilin payız aylarına qədər gündəlik 1 saat proqram icra edirdi. Bu davam edərək gündə 5 saata artdı.
2010-cu ilin əvvəlində Beynəlxalq Səhər kanalının 2-ci bölməsinin açılması ilə hazırda Azəri televiziyası Səhər-2 kanalı vasitəsi ilə gündəlik 8 saat proqramla tamaşaçıların önünə çıxır.

Azəri televiziyasının proqramları Tehran vaxtı ilə 13:00-da 22:00-dək Bakı vaxtı ilə 13:30-dan 22:30-dək Səhər-1 kanalı ilə yayımlanır.

Bu televiziyanın təsis olunmasının ilk illərində proqramların yayımı Azərbaycan Respublikası Televiziyası vasitəsi ilə transliyasiya edilirdi. Ancaq tədricən peyk bölməsi və sərhəd gücləndiriciləri möhkəmləndirildi.

Azəri televiziyasının təsis olunması ilə bağlı ümumi və xüsusi məqsədlər

Azəri Televiziyasının təsis olunması ilə bağlı ümumi və xüsusi məqsədlər aşağıdakılardan ibarətdir:
1. İran İslam Respublikası və müsəlman Azərbaycan Respublikası xalqları arasında birliyin möhkəmlənməsi, etimadın və anlaşma atmosferinin yaradılması.
2. İslami İranın tanıtdırılması (tarix, mədəniyyət, təbiət və turizmin cəlb olunması) və İran mədəniyyəti və adət-ənənələrinin tanıtdırılması üçün çalışmaq.
3. İslam dünyasında qeyri-islami mədəniyyətin nüfuzu ilə mübarizə və müstəmləkəçilik siyasətlərinin açıqlanması və imperializm və sionizmin ifşa olunması.
4. Azərbaycan Respublikası xəbərləri və olaylarının əks etdirilməsi və izləyicilərə çatdırılması, beynəlxalq, islam dünyası, azadlıq sevər qurumların məsələlərinin açıqlanması, habelə İslam respublikasının bu məsələlər barəsindəki mövqeyinin açıqlanması.
5. Regionun siyasi-təhlükəsizlik vəziyyətinin doğru və həqiqi formada açıqlanması istiqamətində çalışmaq, region proseslərinin rolu, Azərbaycan Respublikası, xüsusilə Qarabağ böhranı ilə bağlı olay və siyasi gedişlər, mədəniyyət və dini məsələlər, Azərbaycan Respublikasında əcnəbi qüdrətlərin siyasətləri, neft və enerji və s... məsələlərinin açıqlanması.
6. Xüsusən İslam İnqilabından sonra İran İslam Respublikasının elmi, texnologiya, sənaye, tibbi və incəsənət inkişafı nailiyyətlərinin tanıtdırılması, ümumiyyətlə isə İslam İnqilabının daxili və beynəlxalq səhnələrdə müxtəlif sahələrdəki nailiyyətlərinin əks etdirilməsi.
7. İran İslam Respublikasının banisi mərhum Həzrət İmam Xomeyni (rə)-in ideyaları və düşüncələrinin irəli sürülməsi, habelə İslam İnqilabının Böyük Rəhbərinin müxtəlif məsələlərlə bağlı mövqelərinin açıqlanması.
8. İslamın zəngin mədəniyyətinin təbliği və tanıtdırılması və əsil Məhəmməd (s.ə.s) İslamının parlaq simasına olan şübhələrin aradan qaldırılması.
9. ABŞ-ın regiondakı iştirakı və nüfuzunun təhlükəli nəticələrinin irəli sürülməsi və izah olunması.
10. Qüdsü işğal etmiş rejimlə ölkələrin siyasi, hərbi və iqtisadi əlaqələrinin xoşagəlməz nəticələri ilə əlaqədar izləyicilərin ətraflı şəkildə məlumatlandırılması.

Azəri Televiziyasının yayım ərazisi və xüsusi tamaşaçıları

Azəri televiziyası Beynəlxalq Səhər kanalının digər 5 televiziyası kimi Hotbird peykindən yayım imkanına malik olaraq, Avropa, Orta Asiya və Qafqaz, Afrikanın şimal hissəsi, Okeaniya qitəsini öz dalğalarını göndərə bilir. Azəri Televiziyasının Azərbaycan Respublikası və Avropa və dünyanın digər yerindəki azəri dilli xüsusi tamaşaçıları var.
Azəri televiziyasını Azərbaycan Respublikasının cənub bölgələrində adi antenalar vasitəsi ilə də izləmək mümkündür.

Azəri televiziyasının proqramlarının quruluşu mövzu və proqramların hazırlanması baxımından tərkibi quruluşa malikdir.
Dini, siyasi, mədəniyyət, ictimai və iqtisadi məsələlər və s... mövzuya malik proqramlar Beynəlxalq Səhər kanalının Azəri Televiziyası vasitəsi ilə tamaşaçılara təqdim olunur.

Bu media müxtəlif proqramların hazırlanması çərçivələrindən istifadə edir. Xəbər, dəyirmi masa və dialoq proqramları, film və teleseriallar, tərkibli proqramlar, uşaq proqramı, elmi və ictimai sənədli filmlər, klip, müsabiqə, dini və siyasi mövzuda olan dialoq proqramlarına şamil olur.
İnformasiya, xəbərlər və hadisələrin çatdırılması funksiyası xəbərlər, siyasi icmallar, reportajlar, dəyirmi masalar, siyasi, mədəniyyət, ictimai və s... dialoqlar vasitəsi ilə tətbiq olunur və əyləndirici funksiya da film, serial və müsabiqə formasında təmin olunur.
Günün xəbərləri və siyasi icmalları, gündəlik efirə çıxan Kompas proqramı, siyasi, dini, mədəniyyət və təlim, habelə istehsal və yaxud dublyaj olunmuş film və serialların efirə çıxması Azəri Televiziyasının müxtəlif proqramlarını təşkil edir.
Bütün məsələlər tamaşaçıların gözü önündə və müsbət və konstruktiv anlaşmada dəyərləndirilir və təhlil olunur. Eyni zamanda çalışılır ki, proqramların hazırlanması ilə tamaşaçı kütləsi dairəsinin genişlənməsi üçün xüsusi diqqət yetirilsin. Bu səbəbə Azəri Televiziyası uşaq və yeniyetmələr, ailələr və s... üçün proqramlar hazırlamağı, habelə musiqi, müsabiqə və s... proqramlarını efirə çıxarmağı öz gündəminə salıb.
Azəri Televiziyası proqramlarının təmin olunması mənbələri
1. Kanalın daxili istehsalı:
Bu istiqamətdə televiziya İran İslam Respublikası Televiziya və Radio Təşkilatının Sərhədaşırı bölməsinin proqram və layihə şurasının proqramların hazırlanması layihələri qərarına əsasən müxtəlif mövzu və quruluşlarda proqramları hazırlayır.
- Bədii filmlərin yayımında hazırlanmış bu filmləri misal çəkmək olar: Şəhriyare soxən (Şəhriyar sözü) (Aliyə Mətləbzadə 2000); Pərvin Etisami (Bəhram Purbəhrami 2002); Abi Kaşan (Bəhram Purbəhrami 2002); Bəhar dər meh (Yaz dumanda) (Qulamrza Siyamizadə 1999); Arezuha (Arzular) (Eyyub Daneşvər 2005); Səmm Qomşode (İtmiş zəhər) (Həsən Nəcəfi 2008); Sefre Mərzi (.... Təbrizi 2009);

Teleseriallar və dastanların hazırlanmasında aşağıdakıları misal çəkmək olar: Seqətül-İslam (Höccət Qasimzadə Əsl 1999); Ruzeqare Vəsl (Qulamrza Siyamizadə 1999); Salhaye Xakestəri (Mehrdad Bəhrami 1999); Qaim Məqam (Məhəmmədrza Vərzi 1998) və Qabhaye Xali (Əyyub Daneşvər 2006);
Teleteatr hissəsində isə: Heydər Babaya Salam (Pirhadi Şahmuradi (1999) teletamaşasının 3 hissədə yayımlanmasına işarə etmək olar.
2. Proqramların tərcüməsi və bərpa olunması:
Bu televiziyada bir proqram bölməsi də İran İslam Respublikası Televiziya və Radio Təşkilatının daxili kanallarında istehsal olunmuş proqramları götürərək dublyaj etməsi və yaxud alt yazı ilə azəri dilli tamaşaçılara təqdim etməsidir. Bu sahədə 60-dan çox film və serial, o cümlədən aşağıdakıları misal göstərmək olar:
Eşq vilayəti; Kərxə çayından Rayna qədər; Əbədiləşmiş; Xarici jurnalist; Şahid qumlar; Əmir Kəbir; Zəhranın mavi gözləri; Vurğunluq dövranı; 7 daş; İbn Sina; Müqəddəs Məryəm; Səhər dan açılanda; Ancelos kişiləri; Yeganə sərdar; Qiyamət günü; Kəhf səhabələri; Axırıncı aşkarlanma; Gecənin son ulduzu; Bleymi sahilə doğru; Nəsuh tövbəsi; Xurma ağacı və tənalıq hədisi; Elçilik; Gizli ev; Sübhün intizarında; İtgin; Yas gülünün ətri; Gəlin; Sürgünlər; Vəzir Muxtar; Simurğ; Sürətli yolda; Ayın gizli qalan yarısı; Bir biletə 2 film; Qadağan olunmuş ərazi; Səfir; Senator; Kərkük əməliyyatı; 5 iyun uçuşu; Məcnun eposu; Cəhənnəm bazası; Qanda kök salma; Güllə-baran; Həyat yoldaşları; Eşq nağılı; Sultan və Şaban; Şüşə hasar; Allah leyləkləri sevir; Peyğəmbərlərin qissəsi; Göndərilmiş və 707 dustaq;
Azəri Televiziyasının önəmli proqramları:
Xəbərlər
İran, Azərbaycan Respublikası və Qafqaz və Orta Asiya, islam dünyası ölkələri və dünyanın digər yerlərinin xəbərləri və olayları əhəmiyyəti, zəruriliyi və xüsusi tamaşaçılarının ehtiyacına əsasən bu televiziyanın Bakıdakı jurnalistinin reportajı ilə birgə yayımlanır.

Hal-hazırda bu televiziyanın Bakı şəhərində xəbər bloku üçün nümayəndəsi var və Xəbərlərin 3 yayımında Tehran vaxtı ilə 14:30-da (15 dəqiqə) 17:00-da (10 dəqiqə günün xəbər və siyasi icmalları) və 20:30-da (25 dəqiqə) İran, Azərbaycan Respublikası, Qafqaz və Orta Asiya respublikaları, bütün dünya xüsusilə ilam dünyasının olayları prosesləri və informasiyalarını çatdırır. Azərbaycan Respublikası, region və dünyanın olayları barəsində doğru və dəqiq məlumatın çatdırılması Beynəlxalq Səhər kanalının Azəri Televiziyasının əzmkarlıq simasıdır. Habelə İrana qarşı təbliğatla mübarizədə bu televiziya çalışır ki, öz tamaşaçılarını dünyanın imperialist medialarının düşmənçilikləri, mənfi təbliğat apardıqları ilə məlumatlandırsın.
Mətbuat:
Bu proqramda İran, tamaşaçıların regionu və dünyanın nəşriyyatının önəmli məqalə və başlıqları seçilərək izləyicilərə təqdim olunur. Azəri Televiziyasının Mətbuat buraxılışı Azərbaycan Respublikası mətbuatı, ingilis dilli, ərəb dilli və türk dilli mətbuat və İranın daxili mətbuatından xəbərləri əks etdirir.

Kompas
Azəri Televiziyasının önəmli proqramı siyasi dəyirmi masa olan Kompas proqramından ibarətdir. Bu proqram Azərbaycan Respublikasında siyasətlə maraqlananlar tərəfindən müsbət qarşılanır.
Bu televiziyanın izləyiciləri telefon bağlantıları, qısa mesaj və elektron-poçt vasitələri ilə Kompas proqramını "Azərbaycan Respublikası xalqının fəxr mənbəyi və möhkəm söykənəcəyi" kimi qeyd edirlər.
Azəri Televiziyası tamaşaçılarının Kompas proqramını müsbət qarşılaması ilk növbədə bu proqramın Azərbaycan Respublikası, İran, regiona və dünyanın önəmli məsələlərinin irəli sürülməsi və onların açıqlanmasında aktiv və yaradıcı funksiyasına görədir. Hərçənd ki, bu proqramın mövzularının bir hissəsi cari proses və zəruriliyə görə müəyyənləşir. Lakin çalışılır ki, siyasi proseslər və Azərbaycan Respublikasının ictimai olaylarının gələcək perspektivi, tərəfi proqrnozlaşdırılmaqla aktiv şəkildə yerinə yetirilsin. Misal üçün Kompas proqramının izlədiyi məsələlərdən biri Azərbaycan Respublikası təhsil müəssisələrinə hicablı qızların girişinə qadağadır. Belə ki, proqram bu gedişin siyasi və ictimai bir problemin yaranmasına amil hesab edərək onunla bağlı xəbərdarlıq formasında onu dizaynlaşdırır və izləyicilərə təqdim edir. Sonrakı hadisələr göstərdi ki, bu proqramın bu məsələ ilə bağlı proqnozları tamamilə doğru olmuşdur.
Məsələlərin birtərəfli şəkildə araşdırılmasından çəkinməsi Kompas proqramının tamaşaçı tərəfindən sevilməsi amillərindən biridir. Kompas proqramının fəaliyyəti illərinə nəzər saldıqda bu proqram tərəfindən bildirilən mövqelər Azərbaycan Respublikası siyasi fəal və təsiredicilər üçün yüksək əhəmiyyət kəsb etdiyini göstərir. Kompas müxaliflərin kəskin və sərt fikirlərinin əks etdirilməsində heç bir vəchlə qorxmur. Proqramın müraciətinin təsiri ilə bağlı izləyicilərdən sonda və qısa mesaj formasında gələn müraciətlərindən belə əldə olunur ki, proqramda söz və fikir azadlığının bəyan olunmasına borcludur. Hətta əgər proqram öz məqsədilə azacıq müxalif müraciətlərlə də üzləşsə belə, nəticə çıxarmaq olur ki, bu azacıq say da proqramı diqqətlə izləyir və onun barəsində hökm çıxarırlar. Bu da proqramın ictimaiyyətdəki məqsədi ilə bağlı önəmli əhəmiyyəti və rolunun göstəricisidir.
Azərbaycan Respublikasında Səhər kanalının ictimai mövqeyi

Baxmayaraq ki, indiyə qədər Azərbaycan Respublikasında Azəri Televiziyasının tamaşaçılarının sayı ilə əlaqədar elmi və istinad ediləsi rəy sorğusu keçirilməyib. Lakin qeyd etmək lazımdır ki, Səhər kanalının cəzbedici iki qütbü öz tamaşaçıları arasında siyasi və məzhəbi proqramlardan təşkil olunur. Siyasi və məzhəbi proqramların izləyiciləri həqiqətdə vahid bir dəstəni təşkil edirlər. Buna görə də İranın Quran Xəbər Agentliyinin Bakıdakı nümayəndəliyi tərəfindən 2007-ci ildə mübarək Ramazan ayında aparılmış rəy sorğularının nəticələrinə işarə etdikdə bu ayda Azərbaycan Respublikasında Azəri televiziyasının proqramlarının izləyicisini 42% elan etmək olar. Belə ki, bu dərəcədə tamaşaçıya sahib olmağı onun mövqeyinin göstəricisi hesab etmək olar.
Sizin Tribuna
Sizin Tribuna verilişi də Azərbaycan Respublikasında Səhər kanalının Azəri Televiziyası tamaşaçılarının böyük rəğbəti ilə qarşılanmışdır.
İzləyicilərin Azəri Televiziyasına çoxlu sayda qısa mesajlar, telefon bağlantıları, elektron-poçt məktubları Sizin Tribuna proqramının Azərbaycan Respublikasında Səhər tamaşaçıları tərəfindən müsbət qarşılandığını göstərir. Bu proqram sözün əsl mənasında Azəri televiziyası tamaşaçılarının fikirləri və baxışlarını irəli sürməsi üçün Sizin Tribunadır. Bu proqram çoxlu tamaşaçı kütləsi olan Kompas proqramının kənarındadır. Bu iki proqram ikiqütblü formada İran, dünya və xüsusən Azərbaycan Respublikasının müxtəlif siyasi, mədəni, ictimai və s. məsələləri barəsində Azəri Televiziyası tamaşaçılarının fikir və baxışlarının irəli sürülməsi üçün fəaliyyət göstərməkdədir.
Bu proqramın ədəbsizlik və hörmətsizlikdən başqa heç bir məsələdə qırmızı xətti yoxdur. Hər bir tamaşaçı İran, dünya və yaxud Azərbaycan Respublikası məsələləri barəsində öz fikirlərini tam azad şəkildə bəyan edə bilər. Hətta Səhər kanalı və yaxud İran və siyasi gedişlər və s... ilə bağlı tənqidləri olan telefon bağlantıları canlı şəkildə yayımlanır və proqramın mövzusu da telefon bağlantıları və tamaşaçıların fikirlərinə görə formalaşır.
Sizin Tribuna proqramı ərzində tamaşaçıların söhbət etdiyi mövzu, müvafiq və yaxud müxalif baxışların irəli sürülməsi proqramın məzmununu təşkil edir. Buna görə aparıcının proqramı yönləndirməsindəki rolu bəlkə də 10% dəyərləndirilsin. Lakin proqramın gedişinin 90%-i tamaşaçılar tərəfindən yönləndirilir. İzləyicilərin yüksək şövqlə bu proqramda iştirak etməsi səbəb olub ki, bu proqramın həyəcanlı şəkildə keyfiyyətinin artırılması üçün səyin göstərilməsinə çalışılsın.
İlahi Həyat
Bu maarif proqramı keyfiyyət baxımından Azərbaycan Respublikasında məzhəb maarifi və dini ehtiyaclarla bağlı sualların cavablandırılması üçün yaradılmışdır. İlahi Həyat proqramında tamaşaçılar suallarını telefon bağlantıları vasitəsi ilə irəli sürürlər. Cavablar isə böyük mərcə təqlidləri, xüsusilə də İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xameneinin fitvalarına əsasən verilir.
Münasib, sənədli və televiziya jurnalları ilə bağlı proqramlar
Müxtəlif milli və məzhəbi münasib günlər bu növ bəzi proqramların hazırlanmasının əsasını təşkil edir.
Müxtəlif sənədli proqramlar müxtəlif xalqların mədəniyyət göstəricilərinin tanıtdırılması, İranın mədəniyyət və turizm gözəllikləri ilə tanış olmaq, müxtəlif cəhətlər və yerlərdə İran islam İnqilabının nailiyyətləri ilə tanış olmaq, habelə kliplər və digər kiçik proqramlar bu televiziyanın digər çeşidli fəaliyyətlərini təşkil edir.
Bazgəşt (Əfsanə Mehribani 2005); Qafqazın 17 şəhəri (Əsğər Fərdi 1996); Xəzər (Əsğər Fərdi 2006) və habelə mədəniyyət, incəsənət və siyasətlə bağlı televiziya jurnalları, həmçinin uşaq və yeniyetmələr üçün proqramlar bu formada olan proqramları təşkil edir. Ümumilikdə proqramın hazırlanması, istehsal və yayım çərçivələri Azəri Televiziyasında tam bir görünüşü yaradır.
Beynəlxalq Səhər kanalıı izləmək üçün bələdçilik:

Education
  • Baku State University
    present
Basic Information
Gender
Male
Work
Employment
  • SəhərTv
    present
Places
Map of the places this user has livedMap of the places this user has livedMap of the places this user has lived
Currently
Baku
Links
SəhərTV Azeri's +1's are the things they like, agree with, or want to recommend.
Yarışcı Arazi,Yarışcı Arazi oyunu,Yarışcı Arazi oyna,Yarışcı Arazi oyun,...
www.oyuntimes.com

Yarışcı Arazi ,Yarışcı Arazi oyun, Yarışcı Arazi oyna, Yarışcı Arazi oyunu ,Yarışcı Arazi yeni oyun, Yarışcı Arazi oyun indir, Yarışcı Arazi

Şimşek Mcquin,Şimşek Mcquin oyunu,Şimşek Mcquin oyna,Şimşek Mcquin oyun,...
www.oyuntimes.com

Şimşek Mcquin ,Şimşek Mcquin oyun, Şimşek Mcquin oyna, Şimşek Mcquin oyunu ,Şimşek Mcquin yeni oyun, Şimşek Mcquin oyun indir, Şimşek Mcquin

XƏBƏRLƏR ARXİV
azeri.sahartv.ir

Yenilənib Bazar Ertəsi 17 Iyun. Login | Qeydiyyatdan keç | REPORTAJ GÖNDƏRİN | RSS | Saytın Xəritəsi | "Səhər"i əsas səhifə et. ANA SƏHİFƏ ·

Azeri | Sahar TV
azeri.sahartv.ir

Səhər kanalı,Səhər kanalının internet saytı Azərbaycan,Qarabağ, İran və dünyada baş verən son xəbər və informasiyalrı təqdim edir.

VİDEO ARXİV
azeri.sahartv.ir

Yenilənib Şənbə 27 Aprel. Login | Qeydiyyatdan keç | REPORTAJ GÖNDƏRİN | RSS | Saytın Xəritəsi | "Səhər"i əsas səhifə et. ANA SƏHİFƏ · XƏBƏR

Policies & Principles - Google
www.google.com

User Content and Conduct Policy. Our policies play an important role in maintaining a positive experience for our users. Please follow these

Azsahartv08042013
azeri.sahartv.ir

Axtarış. Bazar Ertəsi 08 Aprel 2013. Yenilənib Bazar Ertəsi 08 Aprel. Login | Qeydiyyatdan keç | REPORTAJ GÖNDƏRİN | RSS | Saytın Xəritəsi |

XƏBƏRLƏR ARXİV
azeri.sahartv.ir

Yenilənib Bazar Günü 24 Fevral. Login | Qeydiyyatdan keç | REPORTAJ GÖNDƏRİN | RSS | Saytın Xəritəsi | "Səhər"i əsas səhifə et. ANA SƏHİFƏ ·

KARİKATURA
azeri.sahartv.ir

səhərtv,aztv,azeritv,sahart,iran,KARİKATURA,azərbaycan,azəritv,xəbərlər,sahartv,aztv,iran,səhərtv,video,azəritv,aztv,verilişlər,videolar,xəb

XƏBƏRLƏR ARXİV
azeri.sahartv.ir

Axtarış. Çərşənbə Axşamı 05 Mart 2013. Yenilənib Çərşənbə Axşamı 05 Mart. Login | Qeydiyyatdan keç | REPORTAJ GÖNDƏRİN | RSS | Saytın Xəritə

VERİLİŞLƏR ARXİV
azeri.sahartv.ir

Axtarış. Çərşənbə Axşamı 19 Fevral 2013. Yenilənib Çərşənbə Axşamı 19 Fevral. Login | Qeydiyyatdan keç | REPORTAJ GÖNDƏRİN | RSS | Saytın Xə

VİDEO ARXİV
azeri.sahartv.ir

Yenilənib Bazar Günü 17 Fevral. Login | Qeydiyyatdan keç | REPORTAJ GÖNDƏRİN | RSS | Saytın Xəritəsi | "Səhər"i əsas səhifə et. ANA SƏHİFƏ ·

Bizimlə Əlaqə
azeri.sahartv.ir

AZERI TV -SAHAR UNIVERSAL NETWORK-IRIB-BALAL MOSQUE-JAME JAM STREET-VALIE ASR STREET-TEHRAN-IRAN.

İLAHİ HƏYAT
azeri.sahartv.ir

ŞƏRİ SUALLARA CAVAB: EFİR VAXTI : ehran vaxtı ilə 18:30-dan 19:10-dək (Bakı vaxtı ilə 19:00-dan 19:40-dək yayımlanır. İlahi Həyat (Şəri sual

XƏBƏRLƏR
azeri.sahartv.ir

Səhər.TV,Xəbərlər--Məhəmməd Xəzayi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin(AEBA) direktoru Yokio Amanonun İranın nüvə işi ilə bağlı son hes

Səlami: Düşmənlərin məkrli planları iflasa uğrayıb
azeri.sahartv.ir

Səhər TV, xəbərlər, İran—İran İslam İnqilabı Keşikçilər Korpusunun baş komandan əvəzi düşmənlərin İran İslam Respublikasına qarşı məkrli pla