Profile cover photo
Profile photo
Narmina Cabbarova
19 followers
19 followers
About
Communities and Collections
Posts

Cümə axşamı 
16 aprel
İsanın görünüşünün dəyişməsi

İsanın görünüşünün dəyişməsi barədə hər üç Müjdədən oxuyun (Lk. 9:27-36; Mat. 17:1-9; Mk. 9:2-8). (Peterin özünün bu barədəki hekayəsini də oxuyun və özünün şahidlik təcrübəsinə əsaslanan həvarinin hansı həqiqəti bəyan etdiyinə diqqət yetirin; 2 Pet. 1:16-18). Luka hansı əlavə məlumatı təqdim edir və bu nə üçün vacibdir?

Luka nə Mattanın, nə də Markın yazmadığı incəliklərdən başlayaraq nəql edir: İsa Peteri, Yəhyanı və Yaqubu dua etmək üçün Özü ilə dağa apardı. İsa Öz nəzərini və fikrini Yerusəlimə yönəltdi və qarşısında duran əziyyətli yol haqqında xəbər verdi. İsa əmin olmaq istəyirdi ki, etdiyi hər bir iş Allaha məqbuldur və Onun planına uyğundur. Belə anlarda dua müəyyənlik və əminlik əldə etmək üçün yeganə vasitədir. Dua zamanı İsa ilahi izzətə büründü: “İsa dua edərkən üzünün görünüşü dəyişdi və Onun libası göz qamaşdırıcı ağ rəng aldı” (Lk. 9:29). 
Görünüşü dəyişən İsa Musa və İlyasla “Onun Yerusəlimdə yerinə yetirəcəyi bu dünyadan ayrılması barədə” danışdı (ayə 31). Digər tərcümələrdə “dünyadan ayrılması” sözü “çıxış” sözü ilə ifadə olunmuşdur ki, bu sözü də iki cür başa düşmək olar. 1) Bu, Onun Yerusəlimdə baş verəcək ölümünü nəzərdə tuta bilər, halbuki yunan sözü “çıxış” ölümə işarə etmək üçün az istifadə olunur. Deməli, 2) “çıxış” həm də İsanın tezliklə Yerusəlimdə həyata keçirəcəyi möhtəşəm “çıxışı”, izzətli xilas çıxışını nəzərdə tuta bilər, bu çıxış günahlardan azad edəcək. Azərbaycan dilindəki “dünyadan ayrılmaq” sözü məzmuna daha uyğundur.  
Üçünün söhbəti Allahın razılıq səsi ilə başa çatdı: “Bu Mənim Oğlumdur, seçilmişimdir, Ona qulaq asın!” (ayə 35). Görünüşünün dəyişməsi ilə İsa izzətlə məsh olunur, bu isə Onun Oğulluğunu bir daha təsdiqləyir və xilasın Oğulun həyatı bahasına başa gələcəyini bəyan edir. Ona görə də şagirdlərə göydən göstəriş verilir: Ona qulaq asmaq! Ona itaət və tam sədaqət göstərmədən Onun şagirdi olmaq qeyri – mümkündür.  
Yelena Uayt yazır ki, hər hansı bir mələk yerinə üstünlük “verilmiş”, Allahın taxtının yanında olan bu adamlar (Musa və İlyas) İsa ilə Onun iztirabları barədə danışmağa və Göylərin Ona qarşı şəfqət duyduğuna əminliklə təsəlli verməyə gəlmişdilər. Onların söhbətinin mövzusu dünyanın ümidi və hər bir insanın xilası idi” (“Əsrlərin arzusu”, səh. 425). Beləliklə, o qədər çox insana təsəlli vermiş İsanın Özü belə təsəlliyə və dəstəyə ehtiyac duyurdu. Bu, hətta ruhani cəhətdən ən güclü insanların, liderlərin və rəhbərlərin belə bəzən təsəlliyə, ruhlandırmaya və başqa insanların köməyinə ehtiyacı ola biləcəyini necə açır? Hal – hazırda ağlınıza təsəlli verə, ruhlandıra və dəstək ola biləcəyiniz biri gəlirmi? 

Post has attachment

Post has attachment
Wait while more posts are being loaded