Profile

Cover photo
Verified local business
"İstək" liseyi
Educational Institution
50 followers|248,294 views
AboutPostsPhotosYouTubeReviews

Stream

"İstək" liseyi

Shared publicly  - 
 
İSTƏK liseylərində 20 Yanvar faciəsinin XXVII ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. #20Yanvar #Azerbaijan #Azerbaycan #istekliseyi #istediyiniztehsil #EduAz #tehsil #mekteb #Unutmadiq
 ·  Translate
Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən 1990-cı ilin 20 Yanvar hadisələrindən 27 il ötür. Ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan 20 Yanvar xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, xalqın müstəqillik arzularını reallığa qovuşdurdu. İSTƏK liseylərinin şagird və müəllim kollektivi 20 Yanvar faciəsi zamanı şücaət və qəhrəmanlıq göstərərək şəhid…
1
Add a comment...

"İstək" liseyi

Shared publicly  - 
 
Olimpiadaçılarımız diqqət mərkəzində! #istekliseyi #istediyiniztehsil #EduAz #BeynelxalqOlimpiadalar #Mekteb #olimpiada

Quba Rayon Təhsil Şöbəsinin müdiri cənab Loğman Müslümov Quba İSTƏK liseyinin olimpiada komandasını qəbul edib. Görüş zamanı liseyin layihə rəhbəri cənab Elnur Gülmalıyev İSTƏK liseyi və onun fəaliyyəti haqqında məlumat verib. Beynəlxalq fənn və layihə olimpiadalarında dəfələrlə bayrağımızı ucaltmış şagirdləri təqdim edib. Səmimi mühitdə keçən görüş zamanı şagirdlər olimpiadalarda iştirak edərkən keçirdikləri hisləri bölüşüblər. Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Cənab Loğman Müslümova göstərdiyi diqqətə görə dərin təşəkkürümüzü bildiririk!
 ·  Translate
1
Add a comment...

"İstək" liseyi

Shared publicly  - 
 
Ən yaxşı ingilis dilli natiqlərimizi müəyyən etdik! #istekliseyi #istaklyceum #IbWorldSchool #Istakinternational #Debate #TheBestSpeakers #Natiqlik

Nərimanovda yerləşən "İstək" Beynəlxalq Məktəbinin 9-11-ci sinifləri arasında həyata keçirilən İngilis dilli Debat Turniri başa çatdı. Finalda 10-cu sinifdə təhsil alan AP və IB proqramlarının şagirdləri qarşılaşdı. AP proqramı üzrə təhsil alan şagirdlər minimal hesabla rəqibinə qalib gələrək çempion tituluna yiyələndi.

Məlumat üçün qeyd edək ki, debat (debate) müzakirələrə əsaslanan inandırma sənətidir. Debatlar zamanı şagirdlər komandalar şəklində hazırlaşır, araşdırmalar aparır, mövzunun mənfi və müsbət tərəflərini mühakimə edərək öz çıxışlarını hazırlayırlar. Debatlar şagirdlərdə natiqlik qabiliyyəti, mühakimə təfəkkürünü formalaşdırır və onların dünyagörüşünü zənginləşdirir.
 ·  Translate
1
Add a comment...

"İstək" liseyi

Shared publicly  - 
 
Tərtər rayon İcra Hakimiyətinin başçısı cənab Müstəqim Məmmədov Mingəçevir "İstək" liseyinin nümayəndə heyətini qəbul edib. Görüş zamanı liseyin layihə rəhbəri Fəqan Əhmədov tərəfindən "İstək" liseyinin fəaliyyəti, təcrübəsi, beynəlxalq proqramları, Respublika və beynəlxalq əhəmiyyətli olimpiadalarda iştirakı haqqında məlumat verilib. Xoşməramlı görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib. #istekliseyi #istediyiniztehsil
 ·  Translate
1
Add a comment...

"İstək" liseyi

Shared publicly  - 
 
17 000-dən artıq sənət abidəsi və onların əsrarəngiz tarixi :)
Milli dəyərlərimiz və ümumbəşəri mədəni irsin qorunub saxlandığı xəzinə olan Milli İncəsənət Muzeyi şagirdlərimizi qəbul etdi. Şagirdlərimiz kitablarda oxuduqları sənət əsərlərini böyük maraqla tədqiq edib, öz suallarına cavab tapa bildi. #istekliseyi #istediyiniztehsil
 ·  Translate
1
Add a comment...

"İstək" liseyi

Shared publicly  - 
 
"İstək" liseyləri Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “İstedadların hazırlığı laboratoriyası” IV Respublika Olimpiadasının final turunda yüksək nəticə əldə edib!

Təcrübi xarakter daşıyan olimpiadada 900-dən çox gənc iştirak edib ki, onlar da riyaziyyat, fizika və kimya fənləri üzrə yarışıblar.

Olimpiada zamanı Lənkəran "İstək" liseyinin şagirdi Cəfər İsbarov ən yüksək nəticə göstərək qızıl medala sahib olub. Xalqlar Dostluğu "İstək" liseyinin şagirdi Turan Bədəlli gümüş, Quba "İstək" liseyinin şagirdi Oktay Səfərov, Xalqlar Dostluğu "İstək" liseyinin şagirdləri Anar Abbasli,
Məhəmmədcan Məhəmmədcanov və Lənkəran "İstək" liseyinin şagirdi Cavid Xasiyev isə bürünc medalçılar sırasına daxil olub.
 ·  Translate
1
Add a comment...

"İstək" liseyi

Shared publicly  - 
 
XIII Beynəlxalq Jautikov Olimpiadasından 1 GÜMÜŞ, 3 BÜRÜNC MEDAL! #istekliseyi #istediyiniztehsil #olimpiada #EduAz #tehsil #IZHO2017 #qururduyuruq #proudofyou

Şagirdlərimiz Azərbaycan yığmasının heyətində XIII Beynəlxalq Jautikov Olimpiadasında (ХIII International Zhautykov Olympiad) iştirak edib. Qasaxıstan Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən olimpiadada şagirdlərimizlə yanaşı, 17 ölkəni təmsil edən 400-dən çox şagird yarışıb.

Riyaziyyat, fizika və informatika fənləri üzrə keçirilən olimpiadada Gəncə İSTƏK liseyinin şagirdi Fərhad Allahverdiyev fizika fənni üzrə gümüş medal qazanaraq komandamızın ən yüksək nəticə qazanan üzvü olub. Quba İSTƏK liseyinin şagirdi Səbuhi Mikayılov fizika fənni üzrə bürünc medal, Xalqlar Dostluğu İSTƏK liseyinin şagirdi Anar Abbaslı və Gəncə İSTƏK liseyinin şagirdi Mirəli Əhmədli isə riyaziyyat fənni üzrə bürünc medal qazanıblar.

Xatırladaq ki, İSTƏK liseyi mütəmadi olaraq keçirilən beynəlxalq fənn və layihə olimpiadalarında Azərbaycanı təmsil edir. Ötən tədris ilində lisey beynəlxalq fənn və layihə olimpiadalarından 48 medal, respublika olimpiadalarından isə 56 medal qazanıb.
 ·  Translate
1
Add a comment...

"İstək" liseyi

Shared publicly  - 
 
Həyəcan, komanda işi, əzmkarlıq və sevinc! #istekliseyi #istediyiniztehsil #internationalschool #XemseOyunu #qururduyuruq #istedadlarbizdedir #millibrend

Komandalarımız "Xəmsə" Milli İntellektual Oyununda "İstək" liseyləri çempionu titulunu qazanmaq üçün yarışdı. Xalqlar Dostluğu "İstək" liseyi ən yüksək nəticəni toplayaraq yarışmanın qalibi oldu. Yarışmada ikinci yeri Sumqayıt "İstək" liseyi qazandı.

Məlumat üçün qeyd edək ki, "İstək" liseyinin Abşeronda yerləşən 5 kampusunu əhatə edən çempionat Gənclərin İntellektual İnkişaf Mərkəzi ilə birlikdə təşkil olundu. Çempionatda gələcəkdə liseyin bütün kampuslarının iştirakı nəzərdə tutulub.
 ·  Translate
1
Add a comment...

"İstək" liseyi

Shared publicly  - 
 
New year message of our students to the world :)
Be happy in New Year!
#istakinternational #CambridgeInternationalSchool #IstakLyceum #NewYear #Happiness #CambridgePrimary #YellowArtGroup #BeHappy
1
Add a comment...

"İstək" liseyi

Shared publicly  - 
 
Here are the highlights from Song Contest of "Istak" International School in Ahmadli :) #istaklyceum #istakinternational #istekliseyi #istediyiniztehsil #CambridgeSchool #CambridgePrimary #yellowart
1
Add a comment...

"İstək" liseyi

Shared publicly  - 
 
24 dekabr Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Aliyevin doğum günüdür. Ad gününüz mübarək, Bizim Prezidentimiz! #MyPresident #OurPresident #IlhamAliyev #BizimPrezidentimiz #qururduyuruq #istekliseyi #istediyiniztehsil #internationalschool #yellowart
 ·  Translate
1
Add a comment...

"İstək" liseyi

Shared publicly  - 
 
Khalid Aliyev, student of "Istak" International School won gold medal at South Caucasus Fencing Cup in Kutaisi, Georgia.

Congratulations on your achievement Khalid! You have made us all proud. Great job, keep it up. #istaklyceum #internationalschool #istekliseyi #istediyiniztehsil #ourpride #qururduyuruq
1
Add a comment...
Contact Information
Map of the business location
93 F.Khoisky Bakı 1052 Azerbaijan
93 F.KhoiskyAZBakı1052
+994 12 465 84 10istek.edu.az
Educational Institution, General Education
Educational Institution
General Education
Special Education School
Google+ URL
Your Activity
Write a review
Review Summary
4.9
19 reviews
5 star
18 reviews
4 star
No reviews
3 star
1 review
2 star
No reviews
1 star
No reviews
Photos
Scrapbook photo 2
Scrapbook photo 3
Scrapbook photo 4
Scrapbook photo 5
Scrapbook photo 6
Upload public photo
All reviews
Dünya Tagiyeva's profile photo
Dünya Tagiyeva
10 months ago
Men bilmək istərdim bu liseydə tədris dili azərbaycan dilidirmi.? Bir də təhsil pulludurmu?
samil qedimov's profile photo
samil qedimov
9 months ago
Men bilmek isteyirem ki, odenis ne qeder di ve qebul imtahanı ne vaxtdı.
"İstək" liseyi təhsil sahəsində fəaliyyət göstərən ümumtəhsil müəssisəsidir. Lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin 074503 №-li lisenziyası əsasında Bakı (Əhmədli, Nərimanov, Xalqlar Dostluğu və Gənclik), Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərində fəaliyyət göstərir. Liseydə şagirdlər bütün tədris səviyyələri üzrə təhsil ala bilərlər: - ibtidai sinif - orta - tam orta "İstək" liseyində tədris prosesi 20 ildən artıq pedaqoji təcrübəyə malik yerli və xarici peşəkar müəllimlər tərəfindən aparılır. Fərdi yanaşma, onların bilik və bacarıqlarının dəyərləndirilməsi, yerli və beynəlxalq olimpiadalarda iştirakının təmin olunması şagirdlərimizin hərtərəfli inkişafını təmin edir. Tədris prosesində dövlət standartları və beynəlxalq proqramların birgə tətbiqi şagirdlərin həm yerli, həm də xarici ali təhsil müəsisələrinə qəbulda yüksək nəticələr əldə etməyə imkan yaradır. Liseyin şagirdlər və valideynlər üçün olan sosial fəaliyyətləri ilə valideyn və şagirdlərə birlikdə daha çox vaxt keçirə bilirlər. "İstək" liseyi IB (International Baccalaureate/Beynəlxalq Bakalavriat) Diplom Proqramı (DP) üzrə namizəd məktəb, rəsmi olaraq nəticələri 175 ölkənin universitetlərində qəbul olunan SAT imtahanı mərkəzidir. 2015-ci ilin sentyabr ayından lisey “Cambridge English Language Authorised Centre” statusuna malikdir.
• • •
Public - a year ago
reviewed a year ago
1 review
Map
Map
Map