Profile

Cover photo
Kitab Klubu
Worked at Kitab Klubu
Attended Книгоман
Lives in Bakı, Tələt Şıxəliyev 14
545 followers|948,833 views
AboutPostsPhotosYouTube+1's

Stream

Kitab Klubu

Shared publicly  - 
 
Vaqif Qasımov
İnformasiya axtarışı üsulları və sistemləri (dərslik)

Dərslikdə informasiya ilə bağlı əsas anlayışlar, informasiya təlabatı, onun formalaşması mərhələləri və öyrənilməsi üsulları, eləcə də internetin informasiya ehtiyatları və xidmətləri barədə geniş məlumat verilmişdir.
2015, 288 səh.
 ·  Translate
1
Add a comment...

Kitab Klubu

Shared publicly  - 
 
Frederik STENDAL
Vanina Vanini (povest)

Azərbaycan dilinə tərcümə edən: Vidadi Paşayev
Korrektor: Ceyhun Mirzəli

Fransız yazıçısı Stendalın “Vanina Vanini” povesti italyan vətənpərvərlərin (Karbonarilər) avstriya hökmranlığına qarşı mübarizəsindən bəhs edir. Öz vətənlərinin azadlığı uğrunda döyüşən xalqa hüsnü-rəğbətini gizlətməyən Stendal, gənc karbonari – Tyetro Missirillinin parlaq surətini yaradır. Pyetronun qəlbindəki inqilabi borc hissi kübar və həm də gözəl Vaniniyə olan məhəbbət hissi ilə daima mübarizə aparır. Vanini isə Missirilinin yalnız ona məxsus olmasından ötrü karbonarilərin ittifaqını düşmənə satır, lakin Missirili əqidəsindən dönməyərək Vaniniyə olan məhəbbətindən imtina edir və məsləkdaşları ilə vətənin azadlığı uğrundakı mübarizəsini davam etdirir.

KitabKlubu.org, 2017, 80 səh
© Kitab Klubu MMC, 2017
© Gənclik, 1969
Qiyməti: 3.5 AZN


 ·  Translate
1
Add a comment...

Kitab Klubu

Shared publicly  - 
 
Aydın Mədət oğlu Qasımlı BU KİTABLARI NƏŞR ELƏMƏYƏ SPONSOR AXTARIR... (Dəstək olsanız sevinər)

Aydın Mədət oğlu Qasımlı
"Türk mədəniyyət tarixi"
(tarixi oçerklər)

Əsər türklərin tarixən yaratdığı maddi və mənəvi mədəniyyətinə həsr edilmiş yığcam oçerklərdən ibarətdir.
Müəllif əsərdə bəşər tarixinin bəlli-başlı xalqlarının yaratdığı maddi və mənəvi mədəniyyətindən qısa şəkildə bəhs etmiş, türklərlə dünya xalqları arasındakı maddi və mənəvi mədəniyyət əlaqələrindən söz açmış, əsas ağırlığı türk millətinin yaratdığı mədəniyyət üzərində cəmləşdirmişdir.
Əsərdə müəllif milli və bəşəri mədəniyyətin qarşılıqlı əlaqəsindən, oxşar və fərqli cəhətlərindən, dövlət və imperatorluqların mədəniyyətdəki rolundan, tarixi türk dövlət və imperatorluqlarının yaratdıqları maddi və mənəvi mədəniyyətlərdən, türk dilinin, türk musiqisinin, türk təsəvvüf fəlsəfəsinin, türklərin tarixən işlətdikləri dinlərin türk mənəvi mədəniyyətindəki rolundan və türklərin tarixi missiyasından bəhs etmişdir.
Müəllif əsərində həmçinin min illərlə Asiyanın, Şərqi Avropa və Afrikanın böyük bir qismini zəkası və yenilməz qüdrəti ilə idarə edən, olduğu hər yerdə körpülər, karvansaralar, evlər , saraylar, “Tanrı evlər” tikdirən, böyük şəhərlər salan, idarəçilikdə dünya xalqlarına müəllimlik edən bir millətin-türk millətinin tarixdəki danılmaz əzəmətindən, yaratdığı milli və bəşəri mədəniyyətdən söz açmışdır.
Əsər geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
_________________________
"Haylar"
(Ermənilər)

Əsərdə ərazinin adı )Əzmən, Əzməniyyə, Armeniya) ilə sonradan “erməni” adlanan hayların qısa tarixindən, onların tarixin heç bir dönəmində müstəqil dövlətlərinin olmamasından, gtarixin müəyyən dövrlərində qurduqları kiçik krallıqlarının da Böyük imperatorluqların vassalı olduğundan qəsa şəkildə bəhs edilmiş, əsasən xristian dünyasının, Çar və Sovet Rusiyasının Türkiyə və Azərbaycan türklərinə qarşı “erməni kartı”ndan öz məqsədləri üçün necə istifadə etməsindən, türklərə qarşı xristian dünyası ilə erməni münasibətlərindən, türklərə qarşı xristian missionerlərlə erməni kilsələrinin və fars şovinistləri ilə erməni əlaqələrinin tarixi öz əksini tapmışdır.
 ·  Translate
1
Add a comment...

Kitab Klubu

Shared publicly  - 
 
Cek London. «Ağ diş»

Tərcümə edəni Kamran Nəzirli

Povest yarı canavar balası olan itin başına gələn əhvalatlardan bəhs edir. Yazıçı bu povestində itin daxili aləmini, onun hər bir hissiyatını ustalıqla qələmə almışdır. Ağ diş öncə acınacaqlı həyat sürür, lakin əsərin sonuna yaxın o, xoşbəxt həyata nail olur. Bu əsərdə ədib öz fikirlərinə də yer vermişdir. Bu isə "Ağ diş"i oxunaqlı edən amillərdən biridir. Cek London bu əsəri ilə demək istəyir ki, heyvanla insan arasında fərq yoxdur. Yəni heyvanda insan kimi şüura sahibdir, düşünür və hər bir hissi duya bilir. Əsərdə həmçinin insanın vəhşiliyi, onun ədalətsiz həyat qanunları pislənir və yazıçı bu əsərlə insanın heyvandan daha vəhşi olduğunu bildirmək istəyir..

© «Kitab Klubu» MMC, 2014
© «Yazıçı» 1991

Müəllif: Cek London
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN 978-9952-8252-9-9
Səhifə: 248 səh.
Format: 84x108 1/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 150
 ·  Translate
1
Add a comment...

Kitab Klubu

Shared publicly  - 
 
Cəfər Cabbarlı
Mən bir susmaz duyğuyam ki...

Kitabda Azərbaycan dramaturqu, şairi və nasiri, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi — Cəfər Cabbarlının lirik və satirik şeirləri, hekayə və dram əsərləri, həmçinin ədəbi tənqidi məqalələri yer almışdır.
Bakı Kitab Klubu, 2017, ISBN 978-9952-8260-3-6, 472 səh.
 ·  Translate
1
Add a comment...

Kitab Klubu

Shared publicly  - 
 
Hüseyn Cavid
"Mənim tanrım gözəllikdir, sevgidir…"

Kitaba Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı, yazıçı və dramaturq, Azərbaycan Şekspiri, gözəllik və sevgi şairi Hüseyn Cavidin (tam adı Hüseyn Abdulla oğlu Rasizadə : 1882–1941) “Peyğəmbər”, “Topal Teymur”, “İblis”, “Şeyx Sənan”, “Knyaz”, “Səyavuş” dramları və şeirləri daxil edilmişdir.

© Kitab Klubu, 2016

Müəllif: Hüseyn Cavid
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2016
ISBN 978-9952-8260-2-9
Səhifə: 656 səh.
Format: 60x84 1/16 (150x200 мм)
Cildi: yumşaq
Tiraj: 100
 ·  Translate
1
Add a comment...

Kitab Klubu

Shared publicly  - 
 
Nəcəf bəy Vəzirov
Müsibəti-Fəxrəddin (seçilmiş əsərləri)
Tərtibçi: F.Qasımzadə
Bakı, “Kitab Klubu” N.E., 2017, 432 səh.

Nəcəf bəy Vəzirovun Azərbaycan dramaturgiyasının formalaşmasında, ideya-estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır.
Kitaba dramaturqun pyesləri, hekayələri, məqalələri və kiçik mütəfərriqələri daxil edilmişdir.

© Kitab Klubu, 2017
© Azərnəşr, 1954
 ·  Translate
1
Add a comment...

Kitab Klubu

Shared publicly  - 
 
Karl Marks
KAPİTAL. Siyasi iqtisadın tənqidi
I cild - Kapital istehsalı prosesi
[konspekt] I nəşr

Tərtib edən: Rafiq Məmmədli
Bakı, KitabKlubu.org, 2017, 392 səh.

Əlinizdə tutduğunuz kitab «Kapital»ın (1-ci cild) xülasəsi, başqa sözlə, konspektidir. Tərtibçi olduqca çətin, mürəkkəb və tarixi bir missiyanı öz üzərinə götürərək, bu formatda (!) təxmi-nən 1200 səhifədən artıq olan əsərin orijinalının ən əhəmiyyətli, ən məzmunlu, ən prinsipial və ən məlumatlı hissələrini seçib onlar arasında əlaqə yaradaraq konspektləşdirib. Nəticə etibarı ilə artıq Siyasi iqtisad dərsliyini xatırladan bu kitabı indi daha çox adam zaman ayırıb oxuya bilər... Əsəri sırf elmi məqsədlə oxumaq istəyənlərin isə bütöv – nəhəng, orijinal «Kapital» həmişə ixtiyarındadır.

© Rafiq Məmmədli
Müəllif haqları qorunur. Kitabın icazəsiz çapı, elektron versi-yasının İnternetə yerləşdirilməsi və paylaşılması yolverilməzdir.

ISBN 978-9952-8306-7-5

K.Marks. «Kapital», 1-ci cild. © Azərnəşr (1969) və © KitabKlubu.org (2016) nəşrlərindən istifadə olunub. (tərcüməçilər: M. Ağamirov, A. Gülməmmədov, S. Məlikov, C. Cabbarov; Redaktorlar: M. Mustafayev, İ. Əliyev)

Kitabı əldə etmək üçün nömrələr:
Kitab Klubu: (012) 489-84-69, (050) 404-91-13
 ·  Translate
1
Add a comment...

Kitab Klubu

Shared publicly  - 
 
Ernest Heminquey – «Əlvida, silah!» (roman)
T ə r c ü m ə e d ə n i: Hacı Hacıyev

Roman avtobioqrafik sayılır. Yazıçı birinci Dünya Müharibəsində italyan cəbhəsində Qızıl Xaçın könüllüsü kimi iştirak edib. Milanda yaralanıb hospitala düşən Heminquey tibb bacısına aşiq olub. "Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baхımından Heminqueyin ən yaхşı əsəri sayılır.

Romanın adlarına gəlincə, yazıçı onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də», "Silahlara əlvida" adlandırmaq istəyib. Ən sonda, «Əlvida, silah!» (1929) adının üstündə dayanıb.

Müəllif: Ernest Heminquey
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN: 978-9952-8252-0-6
Səhifə: 320 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100
 ·  Translate
1
Add a comment...

Kitab Klubu

Shared publicly  - 
 
Qabusnamə
Farscadan tərcümə edən: Rəhim Sultanov

Fars ədəbiyyatının qiymətli nümunələrindən olan “Qabusnamə” özünün məzmun rəngarəngliyinə görə geniş şöhrət qazanmışdır. Dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş bu hikmət kitabı dövranın acısını-şirinini dadmış qoca atanın öz oğluna nəsihəti və vəsiyyətindən bəhs edir. Qabusnamə həyatın müxtəlif sahələrinə həsr edilmiş 44 fəsildən ibarətdir. Allahın vəsfinə həsr olunmuş birinci fəsil və peyğəmbərlərin yaranmasına həsr edilmiş ikinci fəsil nəzərə alınmazsa, “Qabusnamə” başdan-ayağa həyati məsələləri öyrətmək, yaşamaq qayda-qanunlarını təbliğ etmək arzusundan ibarətdir.

Kitab “Qabusnamə” (Bakı, Azərnəşr”, 1961) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Müəllif: Keykavus
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN -
Səhifə: 256 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100
 ·  Translate
1
Add a comment...

Kitab Klubu

Shared publicly  - 
 
Asif Şirinov
"Əmək qanunvericiliyinin əlifbası"
Bakı, "Digesta" nəşriyyatı, 2014, 312 səh.

Kitabda qeyd olunanlar AR ərazisində fəaliyyət göstərən, fəaliyyət növündən asılı olmayaraq bütün müəssisə və təşkilatlarda insan resurslarının idarə edilməsi işinin Əmək Məcəlləsinə uyğun aparılmasında böyük rol oynayacaq.

 ·  Translate
1
Add a comment...

Kitab Klubu

Shared publicly  - 
 
Səbuhi Rəhimli
Astro-Proqnoz 2017

Yeni il yanvarın 28-də başlayacaq...
Qitələrarası gərginlik yaranacaq...
21 avqustda hamı diqqət kəsiləcək...
Kiçiklər böyüklərin içində əriyəcək...
Planetar qarşıdurmalar artacaq...
-------------
Kitab Klubundan soruşun
 ·  Translate
1
Add a comment...
Story
Tagline
www.kitabklubu.org
Introduction
KİTAB KLUBU HAQQINDA MƏLUMAT

“Kitab Klubu” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) 25 fevral 2003-cü ildə yaradılıb və mart ayının 10-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2002-ci ilin əvvəlində Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun təşkilatçılığı ilə Bakıda polşalı məşqçilər tərəfindən BMR – Book Marketing Research adlı treninqlər keçirilir. Treninqin sonunda “Kitab Klubu” adlı cəmiyyətin yaradılması üçün niyyət protokolu imzalanır. Sonradan bu qrup Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun kiçik bir qrantı ilə “Azərbaycanın nəşrləri” adlı rəngsiz kataloq buraxılışına başlayır. Bu işin uğurlu alındığını görən Fond 2003-cü ilin sonunda cəmiyyətə daha bir qrant vermək qərarına gəlir. 2003-cü ilin sonundan başlayaraq Klubun “Azərbaycan nəşrləri” jurnal-kataloqu tam rəngli və rüblük oldu. 26 noyabr 2004-cü ildə “Azərbaycan nəşrləri” kataloqunun növbəti nömrəsi və Klubun www.kitabklubu.org ünvanlı internet səhifəsinin təqdimatı keçirildi.
Klub tərəfindən çoxlu sayda kitab təqdimatları, müəlliflərlə görüşlər, ənənəvi respublika kitab satış-sərgiləri, nəşriyyatların konfransları keçirilir. Kitab Klubu Bakı şəhərində kitab bazarının öyrənməsi ilə əlaqədar 2004-cü və 2006-cı illərdə sorğular keçirmişdir. Sorğular naşirlər, kitab satıcıları və oxucular arasında keçirilmişdir. Sorğuda 400 respondent iştirak etmişdir. Nəticələr dövri mətbuatda və Klubun internet səhifəsində verilmişdir.
Təşkil olunmuş bütün tədbirlər dövri mətbuatda geniş işıqlandırılır.
Bu gün Klub öz fəaliyyətini uğurla davam etdirir.

Kitab klubunun məqsədi Azərbaycanda nəşriyyat işinin səmərəli qurulması və kitab bazarının normal qaydalar üzrə işləməsinə yardım göstərməkdir. 
Birinci növbədə
- Kitab bazarının vəziyyətini öyrənilə, bu barədə məlumatları naşirlərə və
müəlliflərə,
- Yeni nəşr olunmuş və olunacaq kitablar haqqında məlumatı isə potensial oxuculara çatdırmaqdır.
Bunu həyata keçirmək üçün seçilmiş yollar:
- kitab bazarının öyrənilməsi üçün sorğuların keçirilməsi;
- yeni kitab kataloqlarının buraxılması və yayılması;
- kitab sərgilərinin keçirilməsi;
- kitabların elektron variantlarının internet səhifəsində yerləşdirilməsi;
- yeni kitabların təqdimatının, müzakirəsinin, müəlliflərlə görüşlərin
keçirilməsi;
- müəlliflərə kitabın tərtibatı və çapında yardım göstərilməsi;
- müəlliflər haqqında məlumatların yayılması;
- yeni kitabların satışı üçün sifarişlərin toplanması;
- kitab işi üzrə mütəxəssislərin və müəlliflərin iştirakı ilə dövrü görüşlərin, seminarların, konfransların keçirilməsi;
- digər ölkələrin kitab klubları və kitabxanaları ilə kitab mübadiləsi;
- kitabxana və oxu zalı xidmətinin göstərilməsi və s. 
Bunu etmək üçiin əldə olan imkanlar:
- 1000 nüsxə ilə dərc edilən, ölkəmizin
bütün rayonlarına və xarici ölkələrə yayılan rüblük, rəngli «Azərbaycan
nəşrləri» kitab kataloqu;
www.kitabklubu.org ünvanlı internet səhifəsi;
- 500 kitablıq daimi işləyən sərgi;
- təqdimatların və görüşlərin keçirilməsi üçün 40 kv. metrlik və 60 kv. metrlik zallar.

Jurnalistlərin nəzərinə!

Kitab Klubu ictimaiyyəti qurumun həyata keçirdiyi layihələr, təqdimatlar, yeni nəşrlər, buraxdığı jurnal-kataloqun yeni nömrələri barədə vaxtında və mütəmadi məlumatlandıran jurnalistlərin əməyinin ənənəvi qiymətləndirilməsinə davam edir:
Qiymətləndirmə: "Mətbuatda dərc olunmuş məqalələri ilə ölkəmizdə kitab işinin inkişafına etdiyi köməyə görə" nominasiyasında klubun fəxri diplomunu və "Equal", "Hunca", "Caldion" kimi parfümeriya firmalarının bahalı hədiyyələrini qazanmaq imkanı.

Bizim devizimiz:

Kitabını dünyaya tanıtmaq istəyirsənsə, bir nüsxəsini Kluba gətir

Kitab Klubu MMC
Ünvan: Tələt Şıxəliyev 14
Tel: + 994 12 4898469
Mob. + 994 55 6741138
Tel: +994 12 5116186
Mob. +994 50 4049113
E-mail: kitabklubu@gmail.com
www.kitabklubu.org
Bragging rights
Нас уже знают за рубежом..
Education
  • Книгоман
    Книголюб
  • Издательсво
Basic Information
Gender
Decline to State
Other names
Бакинский Книжный Клуб
Work
Occupation
Пропаганда азербайджанской книги в отечестве и заграницей..
Employment
  • Kitab Klubu
Places
Map of the places this user has livedMap of the places this user has livedMap of the places this user has lived
Currently
Bakı, Tələt Şıxəliyev 14
Previously
Bakı, Mustafa Sübhi 13
Links
Kitab Klubu's +1's are the things they like, agree with, or want to recommend.
Kompyuter vs Internet
plus.google.com

Kompyuter və İnternet haqqında bütün suallara ən qısa vaxrtda cavab

Murad Dadasovun kitab auksiyonu Park Bulvar-da
www.video.az

Murad Dadasovun kitab auksiyonu Park Bulvar-da

Маша и Медведь - скачать. Скачать мультфильм Маша и Медведь бесплатно
ezona.org

Скачать мультфильм Маша и Медведь, русский перевод, качество DVD-Rip, бесплатно и без регистрации, смотреть ролик Маша и Медведь онлайн. Доб